...

Rəyasət Heyətinin üzvü: Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir (ÖZƏL)

Siyasət Materials 15 Mart 2018 09:59 (UTC +04:00)
Bosniya və Herseqovina ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışına istiqamətlənmiş fəaliyyətini dəstəkləyir.
Rəyasət Heyətinin üzvü: Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir (ÖZƏL)

Bakı. Fikrət Doluxanov, Ləman Zeynalova - Trend:

Bosniya və Herseqovina ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışına istiqamətlənmiş fəaliyyətini dəstəkləyir.

Trend-in məlumatına görə, bunu VI Qlobal Bakı Forumunun iştirakçılarından biri olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç Trend-ə açıqlamasında deyib.

O qeyd edib ki, bu məqsədə çatmağın ən optimal üsulu beynəlxalq səviyyədə qəbul edilmiş, dinc və davamlı həll yoludur.

M.İvaniç xatırladıb ki, 2013-cü ilin yanvarında Bosniya və Herseqovinanın Parlament Assambleyasının Nümayəndələr Palatası, həmin ilin fevralında isə Parlament Assambleyasının Xalqlar Palatası (Yuxarı Palata) Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək və hörmət haqqında qətnamələr qəbul edib.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü vurğulayıb ki, bu qətnamələrdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə dəstək də ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti