Prezident İlham Əliyev: Qlobal Bakı Forumu çox mühüm platformaya çevrilib (YENİLƏNİB-7)

Prezident İlham Əliyev: Qlobal Bakı Forumu çox mühüm platformaya çevrilib (YENİLƏNİB-7)

Bakı. Trend:

Qlobal Bakı Forumu qısa müddət ərzində qlobal gündəlikdə olan vacib məsələlərin həlli üçün çox mühüm platformaya çevrilib.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycanın paytaxtında keçirilən “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Əvvəlcə mən bütün qonaqlarımıza bu gün bizimlə olduqlarına görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Əllidən çox ölkədən bu cür mötəbər nümayəndə heyətlərini qəbul etmək böyük şərəfdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kifayət qədər qısa müddət ərzində çox böyük nüfuza, çox yüksək iş göstəricilərinə malik qlobal beynəlxalq təsisata çevrilib. Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərindən biridir. Əvvəlcə mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə - xanım Vayra Vike-Freyberqaya və cənab İsmayıl Serageldinə bu təşkilatı ən mühüm beynəlxalq mərkəzlərdən birinə çevirmək üçün verdikləri böyük töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Bu Mərkəz artıq altıncı dəfədir ki, Qlobal Bakı Forumunu təşkil edir. Forum qlobal gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə kifayət qədər qısa müddət ərzində dünya platformalarından birinə çevrilib.

Qonaqlarımız arasında, artıq qeyd etdiyim kimi, 50-dən çox ölkənin nümayəndəsi var. Qonaqların sayı 450-dən çoxdur. Onların sırasında 47 hazırkı və keçmiş dövlət və hökumət başçıları var. Daha sonra tanınmış siyasətçilər, dövlət xadimləri, alimlər, vətəndaş cəmiyyətinin təmsilçiləri var. Əminəm ki, Forumun gedişi zamanı beynəlxalq münasibətlərin gündəliyində olan ən mühüm məsələləri müzakirə edəcəyik. Həmçinin inanıram ki, dünyada təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın təmin edilməsi üçün mühüm tövsiyələr də olacaq".

İlham Əliyev bildirib ki, Azərbaycan artıq bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edi: "Onların arasında Baku Beynəlxalq Humanitar Forumunu, mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu qeyd etmək olar. Daha sonra - 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bütün bu tədbirlər əməkdaşlığa xidmət edir, körpülər salır, müxtəlif ölkələrin və dinlərin təmsilçiləri, fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin edir.

Bu il biz “Bakı Prosesi”nin onuncu ildönümünü qeyd edəcəyik. BMT hazırda bu prosesi tam dəstəkləyir. O, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün nadir bir platformadır. Azərbaycan hər iki təşkilatın üzvüdür və onların mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda toplantısını keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Bu proses davam edir. Hazırda “Bakı Prosesi” beynəlxalq təşkilatlar və bütövlükdə xalqlar arasında daha yaxşı anlaşma üçün genişmiqyaslı fəaliyyətə əsaslanır.

Artıq qeyd etdiyim kimi, bütün səylərimiz təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, bizim həyat tərzimizdir. Biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizdən fərəhlənirik. Bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hesab edirəm ki, bu, indiki dünyada böyük zənginlikdir. Biz, həmçinin öz təcrübəmizi bölüşmək istərdik. Fikrimcə, müasir Azərbaycanın bugünkü inkişafı bunun yeganə düzgün siyasət olduğunu göstərir".

Dövlət başçısı əlavə edib ki, inklüziv cəmiyyət hazırda qlobal gündəlikdə duran məsələlərdən biridir: "Əlbəttə ki, bütün səylərimiz, qeyd etdiyim kimi, hamımızın dünyada, xüsusən də regionda ehtiyac duyduğu təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib. Əfsuslar olsun ki, Azərbaycan ərazimizin demək olar ki, 20 faizini işğal etmiş qonşu Ermənistanın təcavüzündən əziyyət çəkir. Ermənistan beynəlxalq hüququn normalarını kobud surətdə pozur, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımını törədib. Həmin soyqırımı hazırda 10-dan artıq ölkə tərəfindən tanınıb. Bu soyqırımı nəticəsində 613 dinc, günahsız vətəndaş qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq var idi. Mindən artıq şəxs itkin düşüb. Bu, insanlığa qarşı cinayətdir və Azərbaycana qarşı təcavüzün bir hissəsi olmuşdur. Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Əsrlər boyu azərbaycanlılar həmin ərazilərdə yaşayıb, yaratmışlar. Hazırda işğal olunmuş ərazilərimizdə hər şey dağıdılıb, tarixi binalarımız, abidələr, qəbiristanlıqlar, dini abidələr yerlə-yeksan edilib. Bunlar ATƏT-nin iki faktaraşdırıcı missiyası tərəfindən işğal olunmuş ərazilərdə qeydə alınıb. Bu, eyni zamanda, mədəni irsimizə qarşı soyqırımıdır. Münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır. 1990-cı illərin əvvəlində Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilmişdir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilməyib. Ermənistana heç bir sanksiya tətbiq olunmayıb. Bu, o ölkədir ki, iyirmi ildən çoxdur BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda davam edir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı kimi digər beynəlxalq təşkilatlar oxşar qətnamələr qəbul ediblər. Beləliklə, tarixi həqiqət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Münaqişənin hələ də həll olunmamasının yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir. Nəinki Dağlıq Qarabağ, həmçinin onun ətrafındakı 7 rayon hazırda işğal altındadır. Orada bütün Azərbaycan əhalisi etnik təmizləməyə məruz qalmışdır.

Status-kvo qəbul edilməzdir, davam edə bilməz. Bu, bizim yox, dünyanın aparıcı dövlətlərinin, xüsusən də münaqişənin həllində ATƏT-in vasitəçi mandatına malik olan ölkələrin – Amerika Birləşmiş Ştatlarının, Fransanın və Rusiyanın mövqeyidir. Bu ölkələrin prezidentləri dəfələrlə açıq şəkildə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişilməlidir. Status-kvonu dəyişmək üçün Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən dərhal çıxmağa başlamalıdırlar və Azərbaycan əhalisinə öz doğma yurdlarına qayıtmaq imkanı yaradılmalıdır. Bu münaqişə müasir tarixdə nəinki ən böyük ədalətsizlikdir, o cümlədən bizim o qədər də sabit olmayan regionumuzda daimi təhlükə və qeyri-sabitlik mənbəyidir. Buna görə də beynəlxalq hüququn prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında münaqişənin mümkün qədər tez həlli təmin edilməlidir. Bundan sonra regionumuzda sülh bərqərar ola bilər".

Prezident İlham Əliyev qeyd edib ki, münaqişəyə baxmayaraq, Azərbaycan inkişaf etməkdə davam edir: "İqtisadi və sosial inkişafımız rəqəmlərdə, vətəndaşlarımızın bugünkü həyat tərzində, şəhərlərimizin simasında əks olunur. Biz insan kapitalına böyük həcmdə sərmayə yatırmışıq. Yeri gəlmişkən, hazırda Bakı “Ekspo 2025” üçün namizədliyini irəli sürmüş üç şəhərdən biridir. Namizədliyimizin gündəliyi insan kapitalı ilə bağlıdır. Biz bu məsələyə diqqət yetiririk və açıq bəyan etmişik ki, siyasətimizin mərkəzində məhz Azərbaycan xalqı dayanır.

Son 15 il ərzində yoxsulluğun və işsizliyin azaldılması üçün çox işlər görülüb. Hazırda bu iki göstərici təxminən 5 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu, hökumətimizin ən böyük nailiyyətlərindən biridir, çünki 1990-cı illərin əvvəlində olan çətin dövr hamımızın xatirindədir. Ölkəmizdə ciddi iqtisadi və sosial problemlər yaşanırdı. Hazırda Azərbaycan yoxsulluğun və işsizliyin səviyyəsinin az olmasına görə dünyada ən öncül ölkələr sırasındadır. Biz təhsilə, səhiyyə sahəsinə böyük yatırımlar etmişik. Son 15 il ərzində 3100-dən artıq məktəb, 600-dən çox xəstəxana tikilmişdir".

Prezident deyib ki, Azərbaycanda əhali ödənişsiz illik tibbi müayinədən keçir: "Hər il 5 milyondan artıq insan bu imkana malikdir. Bu, həmçinin sosial siyasətimizdir. O, bizim mövqeyimizə, inkişaf edən iqtisadiyyata əsaslanır, çünki istək və siyasət kifayət deyil. Siz bu xidmətləri göstərmək üçün imkanlara malik olmalısınız. Bu səbəbdən, əvvəlki illərdə nəinki əhalinin tələbatına cavab vermək, o cümlədən siyasi müstəqilliyimizi gücləndirmək üçün biz diqqəti iqtisadi müstəqilliyin təmin edilməsinə yönəltdik. Aydındır ki, ölkə iqtisadi baxımdan asılı vəziyyətdə olduqda, müstəqil xarici siyasəti yürütmək imkanları məhdud olur. Bizə gəldikdə, sürətli iqtisadi artım, müstəqil xarici siyasət Azərbaycan xalqının maraqlarına, universal dəyərlərə əsaslanan siyasət yürütmək imkanı yaratdı.

Son 15 il ərzində iqtisadi artım üç dəfədən çox olub. Dəqiq desək, iqtisadiyyat 3,2 dəfə artıb. Fikrimcə, bu, bir növ dünya rekordudur. İslahatlarımız Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, digər aparıcı beynəlxalq maliyyə təsisatları tərəfindən yüksək dəyərləndirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı qlobal rəqabətədavamlılıq baxımından 35-ci yerdə qərarlaşdırdı. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir - biz iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünyanın 35 ən qabaqcıl ölkəsi sırasındayıq. Xatırlasaq ki, biz yalnız 26 ildir müstəqilik, bu, həqiqətən də böyük nailiyyətdir. Davos Forumunun digər qiymətləndirməsi İnklüziv İnkişaf İndeksinə aiddir ki, burada da Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında üçüncü yerdədir. Yəni, bizdən öndə yalnız dünyanın 30 inkişaf etmiş ölkəsi və 2 inkişaf etməkdə olan dövləti yer alır. Bu, aparıcı beynəlxalq siyasi və maliyyə institutlarının bizim islahatlarla bağlı qiymətləndirməsidir. Bizim islahatlar yaxşı nəticələr verir. Həmin islahatlar sayəsində ölkəmiz adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə dünyada aparıcı dövlətlərdən biridir. Son 15 ildə ölkəmizə yatırılan sərmayənin həcmi 230 milyard dollara bərabər olub və bu vəsaitin yarısını xarici, yarısını isə daxili investisiyalar təşkil edib. Bir sözlə, Azərbaycan iqtisadi siyasətinin uğurlu olduğunu artıq sübut edib və təbii ki, bu, bizə yalnız ölkə daxilində deyil, həmçinin regionda da sərmayə yatırmağa imkan, regional əməkdaşlıq üçün isə daha yaxşı platforma yaradır".

İlham Əliyev bildirib: "Əlbəttə, Azərbaycan enerji ehtiyatları ilə məşhurdur. Yeri gəlmişkən qeyd edim ki, dünyada ilk neft quyusu məhz Azərbaycanda, Bakıda qazılıb. O yer bu mehmanxanadan 15 dəqiqəlik məsafədə yerləşir və həmin tarixi quyu bu gün açıq havada salınmış muzeyin ərazisindədir.

Bu gün Azərbaycan özünün enerji potensialını dünyaya açmış dövlətdir. Biz xarici neft şirkətlərini Xəzər dənizində işləməyə dəvət edən ilk ölkə olmuşuq. Həmin əməkdaşlığın 24 illik tarixi var və bu, həm bizim, həm də tərəfdaşlarımız üçün faydalı əməkdaşlıqdır. Qonşularımız və dostlarımız Türkiyə və Gürcüstan ilə birlikdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi mühüm enerji layihələrini həyata keçirmişik. Hər iki kəmər vasitəsilə Azərbaycanın karbohidrogen ehtiyatları beynəlxalq bazarlara nəql edilir. Azərbaycan artıq Xəzər dənizinin digər tərəfində hasil olunan neftin daşınması üçün tranzit ölkəyə çevrilib. Azərbaycan öz tərəfdaşları ilə daha geniş formatda, enerji sektorunda dünyanın ən nəhəng layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsi üzərində çalışır. Bu da öz növbəsində tarixi layihədir. O, 7 dövləti birləşdirir və əlavə ölkələrin cəlb edilməsi üçün də yaxşı potensial var. Bu layihənin dəyəri 40 milyard dollardır və buraya Azərbaycanın təbii qazının hasilatı, nəqli və paylanması daxildir. Bakıdan başlayaraq Avropada bitən vahid neft kəmərləri sisteminin ümumi uzunluğu 3500 kilometrə bərabərdir. Bu, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir. Enerji təhlükəsizliyi bir çox dövlətin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan nefti bəzi Avropa dövlətlərinin enerji balansının 40 faizini təşkil edir və Azərbaycanın təbii qazı da Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirəcək".

Prezident vurğulayıb: "Bu il biz “Cənub Qaz Dəhlizi” layihəsinin ən mühüm hissəsinin açılışını qeyd edəcəyik. Yəni, “Şahdəniz” yatağından ilk qazın nəql olunması, Azərbaycanı Gürcüstan ilə birləşdirən Cənubi Qafqaz Qaz Kəməri və Türkiyə ərazisindən keçən Transanadolu kəmərinin istifadəyə verilməsi. Bunlar Cənub Qaz Dəhlizinin mühüm seqmentləridir, işlər plan üzrə davam edir və ümidvaram ki, tezliklə biz həmin tarixi nailiyyətin - layihələrin istifadəyə verilməsini qeyd edəcəyik.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud olan əməkdaşlıq təkcə bizim ölkələrə xidmət etmir, o, eyni zamanda, bütün region üçün əhəmiyyət kəsb edir. Bizim illər boyu yaratdığımız enerji dəhlizləri artıq nəqliyyat dəhlizlərinə çevrilir və yenə də üç dövlət həmrəylik, birlik və sadiqlik nümayiş etdirir. Ötən ilin oktyabrında biz daha bir tarixi layihənin açılışını etdik. Bu, üç ölkəni, ancaq əslində qitələri birləşdirən dəmir yolu layihəsidir. Çünki bu dəmir yolu xətti Asiyadan Avropaya olan ən qısa marşrutdur. Onun sayəsində Asiyadan Avropaya və geriyə olan yük daşımaları üçün tələb olunan vaxt 30 gün deyil, iki həftəyə bərabər olacaq. Bakı-Tbilisi-Qars layihəsinin ötən ilin oktyabrında açılışı qlobal əhəmiyyət kəsb edən hadisədir. Çox şadam ki, açılışdan qısa bir zaman – altı ay keçməsinə baxmayaraq, biz bu layihəyə artan marağın şahidi oluruq. Biz bu layihəyə böyük maraq və ümidləri olan Asiya, Mərkəzi Asiya və Avropadan olan yeni tərəfdaşları görürük. Hazırda biz əməkdaşlığın daha irəlidə olan mərhələsindəyik və burada səylərimizi əlaqələndiririk ki, bu marşrut yalnız vaxt baxımından deyil, iqtisadi cəhətdən də rəqabətli olsun. Yəni, biz yükləri daşıma vaxtının qısa olması ilə bərabər, münasib qiymətlə də cəlb edə bilək. Biz həmin istiqamətdə olduqca fəal çalışırıq. Bu, bizim fəaliyyətimizin mühüm beynəlxalq əhəmiyyət kəsb etdiyi bir sahəsidir".

Prezident deyib ki, Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfə çoxşaxəlidir: "Qeyd etdiyim kimi, onlardan biri mədəni körpülərin qurulmasına yönələn səylərimizdir ki, onlar Asiya və Avropa, Avropa ilə müsəlman dünyası arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edir. Bizim enerji və nəqliyyat layihələrimiz xalqlara fayda gətirir, on minlərlə yeni iş yerləri yaradır və bununla da ölkələrin inkişafına töhfə verir. Bizim regionda sabitləşdirici amil rolumuz da yüksək qiymətləndirilir. Beləliklə, biz apardığımız siyasətin bəhrəsini görürük. Həmin siyasət ki, hər zaman təhlükəsizlik, sabitlik və proqnozlaşdırıla bilməyə yönəlmiş qarşılıqlı əməkdaşlıq və dəstək üzərində qurulub. Bizə lazım olan məhz budur və düşünürəm ki, Azərbaycanın qonşuları ilə qura bildiyi münasibətlər mehriban qonşuluğun yaxşı nümunəsidir".

Dövlət başçısı bildirib ki, bu gün ilk dəfə olaraq Bakıda regionun dörd dövlətinin - Azərbaycanın, İranın, Gürcüstanın və Türkiyənin xarici işlər nazirlərinin görüşü keçiriləcək: "Bundan öncə biz üçtərəfli əməkdaşlıq formatlarını qurmuşuq - Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya. Bütün bu formatlar sabitliyə və sülhə, habelə iqtisadi inkişafa xidmət edir. Qeyd etdiyim kimi, həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri xalqlarımızın mənafeyinə xidmət edir. Biz uğura yalnız bu yolla nail ola bilərik. Siz nə qədər vəsait qoysanız belə, qonşularla yaxşı münasibətiniz olmazsa heç vaxt tranzit ölkəyə çevrilə bilməzsiniz. Mehriban qonşuluq münasibətləri hər bir ölkə üçün vacibdir.

Azərbaycan beynəlxalq təşkilatlarda da güclü mövqeyə sahibdir. Gələn həftə biz Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcəyik. Azərbaycanın bu mühüm beynəlxalq təşkilatın yeni üzvü olmasına baxmayaraq, ölkəmiz orada böyük dəstəyə malikdir və belə bir toplantının keçirilməsi onun təzahürüdür. Azərbaycan digər beynəlxalq təşkilatlarda, İslam Əməkdaşlıq Təşkilatında da fəaldır. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” çərçivəsində də fəalıq və Avropa İttifaqı ilə yeni Tərəfdaşlıq Sazişi üzərində çalışırıq. Həmin saziş olduqca geniş sənəd olacaq və siyasət, iqtisadiyyat, təhlükəsizlik, enerji, nəqliyyat, mədəni müxtəliflik kimi sahələrdə əməkdaşlığı əhatə edəcək.

Beləliklə, regiondakı və dünyadakı rolumuzun nədən ibarət olduğunu və həmin nəcib məqsədlərə nail olmaq yolundakı nailiyyətlərimizi qısaca olaraq diqqətinizə çatdırdım. Bir daha qeyd edirəm ki, bizim siyasətimiz əməkdaşlığa, dostluğa və tərəfdaşlığa nail olunmasına yönəlib. Dediyim kimi, müasir Azərbaycanın nailiyyətləri sübut edir ki, biz düzgün yoldayıq".

Dövlət başçısı xatırladıb ki, iki aydan sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd ediləcək: "Biz fərəhlənirik ki, müsəlman dünyasında ilk demokratik respublikanın baniləri məhz azərbaycanlılar olublar. Müsəlman aləmində ilk dəfə azərbaycanlılar azad, insanların bütün hüquqlarının qorunduğu cəmiyyətdə yaşamaq arzusunu ifadə ediblər. Bugünkü Azərbaycanın inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin rolu olduqca böyük olmuşdur. Eyni zamanda, biz bu gün onların 100 il bundan əvvəl qəbul etdiyi qərarlarla da fəxr edirik. Onlardan biri qadınlara səsvermə hüququnun verilməsi olub ki, o qərar bir çox Avropa dövlətlərindən öncə qəbul edilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki ildən bir az qısa olub və respublikanın faciəvi süqutu hamımız üçün dərs olub.

Həqiqi müstəqilliyin qorunub saxlanılması onu əldə etməkdən çox çətindir. Bugünkü Azərbaycan tam mənada müstəqil dövlətdir. O dövlət ki, gələcəklə bağlı aydın baxışa malikdir. Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər. Biz isə onlarla fəxr edirik və həm özümüzə, həm də dünyaya nümayiş etdiririk ki, insanlar yalnız müstəqillik dövründə, öz taleyinin sahibi olanda uğura nail olurlar. Bu gün Azərbaycan bunun bariz nümunəsidir.

Mən Foruma uğurlar diləyir və bu gün bizimlə olduğunuza görə sizə bir daha təşəkkür edirəm".

Afrika Millətlər Kubokunun oyunu zamanı izdiham baş verib, 6 nəfər yaralanıb
Afrika Millətlər Kubokunun oyunu zamanı izdiham baş verib, 6 nəfər yaralanıb
Balotelli 2018-ci ildən bəri ilk dəfə İtaliya milli futbol komandasına çağırılıb
Balotelli 2018-ci ildən bəri ilk dəfə İtaliya milli futbol komandasına çağırılıb
Mariana Vasileva Üzgüçülük Federasiyasının rəhbərliyi ilə görüşüb (FOTO)
Mariana Vasileva Üzgüçülük Federasiyasının rəhbərliyi ilə görüşüb (FOTO)
Loading Bars
Xəbər lenti
Balakəndə qanunsuz ov edən qonşular saxlanılıb (FOTO)
Bakıda ikimərtəbəli ev yanıb
Şəmkir sakinində silah və narkotik aşkar edilib (FOTO/VİDEO)
İtaliyada prezident seçkilərinin birinci turu nəticəsiz qalıb
Prezident İlham Əliyevin 2022-ci ili Azərbaycanda “Şuşa ili” elan etməsi bütün dünya azərbaycanlıları üçün böyük bayramdır - Xalq artisti Fərhad Bədəlbəyli
Gəncədə avtomobillərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
İstanbulun Sabiha Gökçen hava limanında bütün əməliyyatlar dayandırılıb
Makron yaxın günlərdə Putin və Zelenski ilə telefonla danışacaq
Haitidə baş verən zəlzələ nəticəsində 50-dən çox insan xəsarət alıb
İstanbulda güclü qar səbəbindən dövlət qulluqçuları inzibati məzuniyyətə göndəriləcək
"F-35" qırıcısı təyyarə gəmisinə enməyə cəhd edərkən qəzaya uğrayıb
Afrika Millətlər Kubokunun oyunu zamanı izdiham baş verib, 6 nəfər yaralanıb
ABŞ-da 8500 hərbçi yüksək hazırlıq vəziyyətinə gətirilib
Meksika mətbuatında 20 Yanvar faciəsindən bəhs edilib (FOTO)
Balotelli 2018-ci ildən bəri ilk dəfə İtaliya milli futbol komandasına çağırılıb
Samuxda kafedə yanğın olub
Burkina Fasoda hərbçilər ölkədə hakimiyyəti ələ keçirdiklərini bildiriblər
Ukraynada hazırkı vəziyyət nəzarət altındadır - Vladimir Zelenski
Ukraynanın baş naziri milli iqtisadiyyatın fəaliyyətinə təhlükənin olmadığını açıqlayıb
Türkiyədə yük terminalının damı güclü qar səbəbindən uçub
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq arzusundadır - Nikol Paşinyan
Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Paşinyan
Azərbaycanın qlobal məsələlərin həllində rolu artmaqdadır - TƏHLİL
Ağcabədidə intihar cəhdinin qarşısı alınıb
Güclü qar səbəbindən Bakı-İstanbul-Bakı axşam reysi ləğv edilib (ƏLAVƏ OLUNUB)
Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlanıb
İstanbul-Bakı-İstanbul üzrə bir neçə aviareys təxirə salınıb
Serbiya baş nazirinin müavini Azərbaycana gələcək
ÜGT-nin Avropa Regionu üçün elektron ticarət üzrə onlayn seminarı başlayıb (FOTO)
“Nar” Azərbaycan çempionu tituluna sahib oldu (FOTO)
Avropada təbii qaz 20 faizə yaxın bahalaşıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Mariana Vasileva Üzgüçülük Federasiyasının rəhbərliyi ilə görüşüb (FOTO)
Azərbaycanda 757 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası təsdiqlənib
Sabunçuda ev yanıb, ölən var
Azərbaycan və İran nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərə birgə səfər edib
Rusiyanın daha bir aviaşirkəti Bakıya birbaşa reyslərə başlayıb
Ötən il 206 milyon manatdan çox maddi ziyan ödətdirilib
Azərbaycanlılara qarşı cinayət törədən 297 erməni barəsində cinayət işi açılıb
Ermənistan prezidenti Armen Sarkisyanın istefasının səbəbləri - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Ağdamda kafedə yanğın olub
Yasamalda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
Prezident İlham Əliyev Fatma Səttarovaya təbrik məktubu ünvanlayıb
Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Almaniyada məşhur universitetdə atışma, yaralılar var
Xorvatiya Azərbaycana üç nümayəndə heyəti göndərəcək
Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi
Buraxılış imtahanlarının tarixləri açıqlanıb
Vahid əlaqələndirmə mərkəzlərində 11 min şəxsə xidmət göstərilib
AŞ PA-nın yeni sədri seçilib
H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunda piyada keçidi inşa edilir (FOTO/VİDEO)
Gələn tədris ili üçün informatika fənni üzrə imtahan modeli təsdiqləndi
35 yaşımda çıxıb, 65 yaşımda qayıtdım - Şuşa sakinindən təsirli sözlər (VİDEO)
Serbiyada zavod partlayıb, ölən və yaralanan var
Vilyam Hacıyev vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda da təqsirli bilinib
Xəzərdə qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı
Qadağan edilmiş informasiyanı yayan sosial media istifadəçisi həbs olunub
Bakıda narkotacir və mobil telefon oğruları saxlanıldı - Anbaan görüntülər (FOTO/VİDEO)
Terrorçuluqda ittiham olunan ermənilərin məhkəmə istintaqı başa çatdı
Avtomobilə konstruksiya dəyişikliyi edən sürücü saxlanılıb
İranda ötən sutka 21 nəfər koronavirusdan ölüb
Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb
İstanbul hava limanında uçuşlar dayandırılıb
İsrail dördüncü dozanın daha davamlı olduğunu elan edib
Qaxda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
İndiyə qədər COVİD-19 pasportu olmayan 64 mindən çox şəxs şənlik mərasimlərinə buraxılmayıb - DİN
NEQSOL Holding HR peşəkarları üçün Strateji HR Biznes Tərəfdaş Proqramını həyata keçirib
Nağdsız əməliyyatların həcmi bir ildə 83 faiz artıb
Azərbaycan -Türkiyə münasibətləri planlı formada hər sahədə inkişaf etdirilir - Elşan İzzetgil
“Azərlotereya” yeni “Ekpres Keno” virtual lotereyasını təqdim edib (VİDEO)
Azərbaycanda pul kütləsi artıb
Azərbaycanda karantin müddətinin 14 gündən 7 günə endirilməsinin səbəbi açıqlanıb
Ağdamda kafe yanıb (VİDEO)
Şuşaya səfər edənlər bu qaydalara riayət etməlidir
Əhalinin banklardakı əmanətlərinin həcmi tarixi maksimuma çatıb
Azərbaycanda bank işçilərinin sayı artıb
Kapital Bank Visa-nın 3 mükafatına layiq görülüb
Bu il 100-dən çox kəndin enerji şəbəkəsi yenidən qurulacaq (VİDEO)
Rusiyada növbəti dəfə ən yüksək yoluxma qeydə alınıb
Avtobus reysinin açılması Şuşa üçün xüsusi əhəmiyyət daşıyır - Aydın Kərimov
Ukraynaya gedən Azərbaycan turistlərinin sayı açıqlanıb
İlk sərnişin avtobusu Şuşaya çatıb (FOTO/VİDEO)
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında gömrük sahəsində əməkdaşlıqla bağlı saziş təsdiqlənib
Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunub
Binəqədidə 10-dan çox narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, 1 nəfər saxlanılıb (FOTO)
Zakir Həsənov Finlandiya XİN nümayəndə heyəti ilə görüşüb (FOTO)
VIII Qlobal Bakı Forumunun videohesabatı hazırlanıb (VİDEO)
Ötən gün 33 yanğın olub (FOTO/VİDEO)
Prokurorluq tərəfindən məhkəmə hökmlərindən ümumilikdə 1093 iş üzrə apellyasiya protesti verilib
Toylarda 150 nəfərlik limit artırılacaq? (ÖZƏL)
Azərbaycan Gimnastika Federasiyası iki illik fasilədən sonra yerli yarışlara start verir
Xaricdə gizlənən 32 şəxs Azərbaycana ekstradisiya edilib
Xaricdə təhsil alan və yerli xəstəxanalarda işə cəlb olunacaq həkimlərin maaşı açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Bolqarıstanın energetika naziri Azərbaycana gələcək
“Azərpambıq ASK” MMC-də pambıq əkininə hazırlıq işləri uğurla davam etdirilir
Qanunsuz parklanma təşkil edənlər iki min manat cərimələnəcək
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Bütün xəbərlər