...

Prezident İlham Əliyev Litva ilə İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibini təsdiq edib

Siyasət Materials 17 Mart 2018 18:18 (UTC +04:00)
Litva ilə İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ilə Birgə Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiq edilib .
Prezident İlham Əliyev Litva ilə İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibini təsdiq edib

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının vergilər naziri

Komissiya həmsədrinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Litva Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti