...

Prezident İlham Əliyev Tunisin dövlət başçısını təbrik edib

Siyasət Materials 19 Mart 2018 17:54 (UTC +04:00)
Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.
Prezident İlham Əliyev Tunisin dövlət başçısını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Tunis Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti