...

Tomislav Nikoliç : Əminəm ki, Azərbaycan xalqı prezident seçkilərində İlham Əliyevə etimad göstərəcək

Siyasət Materials 22 Mart 2018 23:19 (UTC +04:00)
Əminəm ki, qədirbilən Azərbaycan xalqı aprelin 11-də prezident seçkilərində İlham Əliyevə etimad göstərəcək.
Tomislav Nikoliç : Əminəm ki, Azərbaycan xalqı prezident seçkilərində İlham Əliyevə etimad göstərəcək

Bakı. Trend:

Əminəm ki, qədirbilən Azərbaycan xalqı aprelin 11-də prezident seçkilərində İlham Əliyevə etimad göstərəcək. Belə ki, bu gün dünyada elə bir zaman yetişib ki, xalq fəaliyyəti ilə özünü təsdiq edən və öz xalqına bağlılığını göstərən şəxslərə səs verir.

Azərbaycanın Serbiyadaki səfirliyindən Trend-ə verilən məlumata görə, bunu Serbiyanın nüfuzlu "Danas" qəzetinə müsahibəsində Serbiyanın sabiq prezidenti, Rusiya və Çinlə əməkdaşlığın əlaqələndirilməsi üzrə Milli Şuranın sədri Tomislav Nikoliç deyib.

Nikoliç bildirib: "Azərbaycanın uğurları İlham Əliyevin müdrik və ağıllı siyasətinin nəticəsidir. Fürsətdən istifadə edərək, Prezident İlham Əliyevə səmimi qəlbdən uğurlar və dost Azərbaycan xalqına rifah arzulayıram".

Onun sözlərinə görə, Serbiya prezidenti vəzifəsindən getdikdən sonra o, dünyada və dost ölkələrdə, o cümlədən Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir.

T.Nikoliç 2013-cü ilin fevralında Azərbaycana rəsmi səfəri, həmçinin 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş və söhbətlərin onun üçün unudulmaz xatirələrə çevrildiyini lavə edib.

Nikoliçin sözlərinə görə, Azərbaycanın lideri ona uzaqgörən və müdrik siyasətçi təəssüratı bağışlayıb.

Nikoliç Serbiyanın suverenliyi, ərazi bütövlüyünün dəstəklənməsi məsələsində Azərbaycan Prezidentinin prinsipial mövqeyini yüksək dəyərləndirib.

"Kosovo birtərəfli qaydada müstəqillik elan etdikdən dərhal sonra Azərbaycan ölkə rəhbərliyinin göstərişi ilə Kosovodakı NATO-nun rəhbərliyi altında beynəlxalq qüvvələr tərkibindəki sülhməramlılarını bölgədən çıxarmışdır və biz bunu serb torpağında alban azlığının birtərəfli müstəqillik elan etməsinə müqavimət jesti kimi dəyərləndirir və hörmət edirik", - deyə o vurğulayıb.

T.Nikoliç xatırladıb ki, onun prezidentlik dövründə Serbiya və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.

"Bu sənəd 2013-cü ildə mənim Azərbaycana rəsmi səfərim zamanı imzalanmışdır. Bu günlərdə həmin Bəyannamənin imzalanmasının beş ili tamam olmuşdur, bu münasibətlə dostum və qardaşım, Azərbaycanın Prezidenti cənab İlham Əliyevi təbrik edirəm", - deyə Nikoliç qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti