...

Məzahir Pənahov: Sosial şəbəkələrlə bağlı müraciətlər MSK-da araşdırılacaq

Siyasət Materials 24 Mart 2018 15:00 (UTC +04:00)
Sosial şəbəkələrlə bağlı müraciətlər Mərkəzi Seçki Komissiyasında (MSK) araşdırılacaq.
Məzahir Pənahov: Sosial şəbəkələrlə bağlı müraciətlər MSK-da araşdırılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Sosial şəbəkələrlə bağlı müraciətlər Mərkəzi Seçki Komissiyasında (MSK) araşdırılacaq.

Trend-in məlumatına görə, bunu bu gün MSK-nın iclasında sədr Məzahir Pənahov bildirib.

M.Pənahovun sözlərinə görə, KİV-lərlə bərabər sosial şəbəkələr də diqqət mərkəzində olacaq.

MSK sədri dairə və məntəqə seçki komissiyalarına da xəbərdarlıq edib. M.Pənahov deyib ki, dairə və məntəqə seçki komissiyaları üçün ən yüksək şərait yaradılıb, komissiya üzvlərinin peşəkarlığını artırmaq üçün təlimlər keçirilməkdədir: "Bütün bunları nəzərə alaraq, yanlışlığa yol verən komissiya üzvlərinin bağışlanmayacağını bir daha bəyan edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti