...

Belarus xarici işlər nazirinin müavini Bakıya gəlir

Siyasət Materials 4 Aprel 2018 14:57 (UTC +04:00)
Belarus xarici işlər nazirinin müavini Andrey Dapkyunas Azərbaycana səfər edəcək.
Belarus xarici işlər nazirinin müavini Bakıya gəlir

Bakı. Trend:

Belarus xarici işlər nazirinin müavini Andrey Dapkyunas Azərbaycana səfər edəcək.

Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, nazir müavini Bakıda aprelin 5-6-da “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında iştirak edəcək.

A.Dapkyunas konfrans zamanı həm Belarus nümayəndəsi kimi, həm də Qoşulmama Hərəkatının Avropa qrupu adından çıxış edəcək.

Qeyd edək ki, konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti