...

Mixail Qusman: Heydər Əliyevin vəsiyyətlərini yerinə yetirən Azərbaycan məhz İlham Əliyevin rəhbərliyi ilə bu cür heyrətamiz uğurlara nail olub

Siyasət Materials 11 May 2018 09:20 (UTC +04:00)
Heydər Əliyevin vəsiyyətlərini yerinə yetirən Azərbaycan məhz Sizin rəhbərliyinizlə bu cür heyrətamiz uğurlara nail olub.
Mixail Qusman: Heydər Əliyevin vəsiyyətlərini yerinə yetirən Azərbaycan məhz İlham Əliyevin rəhbərliyi ilə bu cür heyrətamiz uğurlara nail olub

Bakı. Trend:

Heydər Əliyevin vəsiyyətlərini yerinə yetirən Azərbaycan məhz Sizin rəhbərliyinizlə bu cür heyrətamiz uğurlara nail olub.

Trend-in məlumatına görə, bunu Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Azərbaycan Respublikasının “Dostluq” və “Şöhrət” ordenləri ilə təltif olunmuş Mixail Qusman Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə görə layiq görüldüyü “Qızıl çinar” beynəlxalq mükafatı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən ona təqdim edilərkən çıxışı zamanı deyib.

M.Qusman bildirib: "Bu mükafata görə çox sağ olun. Bu, mənim üçün sadəcə mükafat deyil. Bu, əlbəttə ki, doğulduğum bu gözəl torpağa, əhatəsində boya-başa çatdığım ailə ocağıma, ömrümün yarısını bir yerdə yaşadığım istedadlı, parlaq, qonaqpərvər, mehriban, sülhsevər Azərbaycan xalqına mənim sonsuz məhəbbətimin əksi və ifadəsidir. Lakin bu məhəbbət hissi indi mənim Azərbaycan Respublikası ilə xüsusi qürur duymağımla da tamamlandı. Onun heyrətamiz uğurları barədə bu gün İlham Heydər oğlu çox gözəl danışdı. Cənab Prezident, Sizi bu doğma torpağın məğrurluğuna görə təbrik etmək istəyirəm. Çünki Heydər Əliyevin vəsiyyətlərini yerinə yetirən Azərbaycan məhz Sizin rəhbərliyinizlə bu cür heyrətamiz uğurlara nail olub. Mən Sizə Heydər Əliyevin, zənnimcə, ən əsas vəsiyyətlərindən birini yerinə yetirdiyinizə görə də təşəkkür etmək istəyirəm. Bu, Sizin böyük Rusiya, böyük rus xalqı ilə hərtərəfli əlaqələrin və dostluğun, strateji əməkdaşlığın möhkəmləndirilməsi naminə yorulmadan göstərdiyiniz qayğıdır".

Daha sonra M.Qusman qeyd edib: "Biz bilirik ki, bu gün Azərbaycanda rus dili, əvvəllərdə olduğu kimi, milyonlarla insanın ünsiyyət dilidir. Bu, Sizin və tolerant Azərbaycan xalqının böyük xidmətidir. Mən buna görə Sizə çox təşəkkür edirəm. Deməliyəm ki, Azərbaycana məhəbbət hissini, yəqin hamıdan daha yaxşı 80 il bundan əvvəl unudulmaz Səməd Vurğun özünün ölməz “Azərbaycan” şeirində tərənnüm edib. Biz bu şeiri uşaqlıqdan əzbər bilirik. Lakin abidənin pyedestalında həkk olunmuş dörd sətri bizim hər birimiz dua kimi heç olmasa gündə bir dəfə təkrarlamalıyıq:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti