Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində qeyd edib.
Bildirilir ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur.
Görüşdə E.Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazır olduğunu bəyan edib.