...

Gürcüstanda səfərdə olan Milli Məclisin üzvləri səfirlə görüşüblər (FOTO)

Siyasət Materials 15 May 2018 15:31 (UTC +04:00)
Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri mayın 15-də Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovla görüşüblər.
Gürcüstanda səfərdə olan Milli Məclisin üzvləri səfirlə görüşüblər (FOTO)

Bakı. Trend:

Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri mayın 15-də Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovla görüşüblər.

Trend-in məlumatına görə, görüşdə Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyi vurğulanaraq, ölkəmizin təşəbbüsü ilə reallaşdırılan mühüm enerji və nəqliyyat layihələrinin həm iki ölkənin, həm də bütövlükdə regionun inkişafına mühüm töfhələr verdiyi bildirilib. Qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin daha da inkişafına təkan verdiyi qeyd olunaraq bu mənada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun səfərinin mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. Görüşdə həmçinin Gürcüstanda yaşayan azərbaycanlıların inteqrasiyası, ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Qeyd edək ki, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılığı ilə qrupun üzvləri səfər çərçivəsində Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze, azərbaycanlıların yığcam yaşadıqları Marneulidə rayon rəhbərliyi, Gürcüstan parlamentinin deputatları və ziyalılarla, həmçinin Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşlər keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti