...

Krasnoyarskda AXC-nin 100 illiyi silsilə tədbirlərlə qeyd olunub (FOTO)

Siyasət Materials 16 May 2018 14:16 (UTC +04:00)
Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına Rusiyadakı diaspor təşkilatları da qoşulublar.
Krasnoyarskda AXC-nin 100 illiyi silsilə tədbirlərlə qeyd olunub (FOTO)

Bakı. Trend:

Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına Rusiyadakı diaspor təşkilatları da qoşulublar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, artıq may ayının birinci yarısında Krasnoyarsk diyarı azərbaycanlılarının milli-mədəni muxtariyyatı, "Odlar yurdu” Xalq mahnı və rəqs ansamblı və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Krasnoyarsk diyarı üzrə bölməsi "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası çərçivəsində silsilə tədbirlər keçiriblər.

Açılış "Odlar yurdu” rəqs ansamblının konsert proqramı ilə başlayıb. Konsertdə Krasnoyarsk diyarının dövlət və hökumət rəsmiləri, şəhər administrasiyasının rəhbərliyi və təmsilçiləri, eləcə də qırğız, özbək, tacik, yəhudi və digər xalqların milli-mədəni birliklərinin nümayəndələri də iştirak ediblər.

Tədbirdə çıxış edən Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədri Taleh Mahmudovun adından onun müavini Xalid Hacıyev, "Odlar yurdu” rəqs ansamblının direktoru Səadət Qarayeva, ansamblın bədii rəhbəri Aqil Cəfərov bütün dünya azərbaycanlılarının bu yubileyi qeyd etdiyini bildirib, Krasnoyarskdakı soydaşlarımızı Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı keçirilən silsilə tədbirlərdə fəal olmağa çağırıblar.

Daha sonra min nəfərlik zalda Azərbaycanın "Qarabağ”, "Zorxana”, "İgidlər”, "Tərəkəmə”, "Köçəri”, "Qarabağ çobanları” və s. milli rəqsləri nümayiş etdirilib. Fəal iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.

Krasnoyarskda Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı dəyirmi masa da təşkil edilib. Tədbirə Sibir Federal Universitetinin professor-müəllim heyəti, tələbələr və digər xalqların milli-mədəni birliklərinin üzvləri qatılıblar. Dəyirmi masada Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində rolu, Rusiya-Azərbaycan münasibətlərindən danışılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Krasnoyarskdakı soydaşlarımız milli geyimlərdə, əllərində Azərbaycanın 1918-20-ci illərdəki xəritəsi olan posterlər tutaraq Üzeyir Hacıbəylinin "Cəngi” kompozisiyasının sədaları altında fleşmob təşkil ediblər.

Həmvətənlərimiz, eyni zamanda Krasnoyarskda yerli sakinlər arasında da Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məlumatlandırma kampaniyası aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti