...

Prezident İlham Əliyev: Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik

Siyasət Materials 26 May 2018 22:19 (UTC +04:00)
Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik.
Prezident İlham Əliyev: Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik

Bakı. Trend:

Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Biz çox uğurlu enerji diplomatiyası aparırıq. Bizim nəhəng enerji layihələrimiz, o cümlədən böyük dərəcədə diplomatik səylər nəticəsində mümkün olmuşdur. Əlbəttə ki, burada bir neçə amil öz rolunu oynayır - həm iqtisadi baxımdan Azərbaycanda mövcud olan gözəl investisiya iqlimi, sabitlik, əmin-amanlıq, beynəlxalq əməkdaşlıq və həm də bizim diplomatik səylərimiz. Çünki biz enerji layihələrimizi ancaq qonşu və dost ölkələrlə birlikdə icra edə bilərik. Bizim açıq dənizlərə çıxışımız yoxdur. Ona görə istənilən enerji layihəsi beynəlxalq əməkdaşlıq tələb edir. Ona görə enerji diplomatiyamız da çox uğurlu olmuşdur və bu gün bunu bütün dünya etiraf edir. Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik. Bir neçə gündən sonra rəsmi açılışı olacaq Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir, tarixi qələbəmizdir.

Biz nəqliyyat diplomatiyasını uğurla icra edirik. Demək olar ki, enerji dəhlizlərinin marşrutu ilə inkişaf edən nəqliyyat marşrutları, o cümlədən çox ciddi diplomatik səylər nəticəsində mümkün olub. Biz Avrasiyanın nəqliyyat xəritəsini də yenidən tərtib etmişik və bu işlərdə uğurlar qazanmışıq. Deyə bilərəm ki, enerji, nəqliyyat diplomatiyası ilə bağlı bizim bütün təşəbbüslərimiz, bütün addımlarımız uğurlu olub və həm bizə, həm bizimlə bərabər işləyən ölkələrə böyük dividendlər gətirir və bizi bundan sonra da hələ böyük mənfəət gözləyir. Bu gün icra edilən layihələr ölkəmizin qüdrətini uzunmüddətli formatda təmin edəcək, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Əlbəttə, bax, bu layihələrin icrasında diplomatik səylər böyük rol oynayır.

Əlbəttə, biz təbii resurslarımızdan səmərəli şəkildə istifadə edərək ölkəmizi inkişaf etdirdik, gücləndirdik. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda böyük quruculuq işləri aparılır: "Mən bilirəm ki, ADA Universitetində biznes fənlərə, iqtisadi fənlərə böyük diqqət göstərilir. Hesab edirəm ki, biz bu sahədə də çox təsirli nailiyyətlərə imza atdıq. Bu gün Azərbaycan iqtisadiyyatı tam daxili resurslar üzərində qurulmuş iqtisadiyyatdır, heç bir xarici maliyyə institutundan, yaxud da ki, xarici ölkədən asılı olmayan iqtisadiyyatdır. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə böyükdür. Biz istənilən vaxtda bütün borcları ödəyə bilərik.

Biz gözəl sərmayə iqlimi yaradaraq ölkəmizə son 15 il ərzində 230 milyard dollar sərmayə cəlb edə bilmişik. Yoxsulluqla, işsizliklə bağlı atılan addımlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Biz gənc müstəqil dövlətik. Ancaq biz rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerdəyik. Biz dünya miqyasında inklüziv inkişaf indeksinə görə inkişafda olan ölkələr arasında üçüncü yerdəyik. Yəni, bütün bu rəqəmlər dediyim sözlərin əyani təsdiqidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti