...

Müdafiə naziri Türkiyənin hərbi attaşesi ilə görüşüb

Siyasət Materials 1 Sentyabr 2018 16:05 (UTC +04:00)
Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə fəaliyyət müddəti başa çatan hərbi attaşesi briqada generalı Zafer Ocak ilə görüşüb.
Müdafiə naziri Türkiyənin hərbi attaşesi ilə görüşüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə fəaliyyət müddəti başa çatan hərbi attaşesi briqada generalı Zafer Ocak ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin region üçün vacibliyi qeyd edilib, həmçinin ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində ölkələrimiz arasında hərbi əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərinə görə hərbi attaşeyə təşəkkürünü bildirib və ona gələcək xidmətlərində uğurlar arzulayıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən hərbi attaşe briqada generalı Z.Ocak ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin, xalqının və Silahlı Qüvvələrinin daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti