...

Millət vəkili: Paşinyan öz övladını siyasi alətə çevirib

Siyasət Materials 17 Sentyabr 2018 15:20 (UTC +04:00)
Azərbaycan Prezidentinin övladının ölkənin ən yüksək qoşun növündə xidmət keçməsi alqışlanmalıdır.
Millət vəkili: Paşinyan öz övladını siyasi alətə çevirib

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Azərbaycanın ən döyüş qabiliyyətli hərbi hissələrinin birində xidmət keçməsi alqışlanmalıdır. Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, ölkə başçısının övladının ölkənin təhlükəsizliyinin həvalə olunduğu bir qoşun növündə xidmət keçməsi Azərbaycan üçün qürurvericidir:

"Paşinyan isə bu barədə sərsəmləmələri ilə özünü biabır edir, populist çıxışlarla gündəmdə qalmaq istəyir. Birincisi, Paşinyanın oğlunun adı Dağlıq Qarabağdakı hərbi hissələrin birində getsə də, məlumata görə, onun övladı həmin hərbi hissədə olmur, daim Xankəndi ərazisində gəzir. Sadəcə Paşinyan bu faktı əlində bayraq tutaraq şou göstərir. O, sadəcə gündəmdə qalmaq, özünü vətənpərvər göstərmək üçün oğlunu Qarabağa hərbi xidmətə göndərib. İkincisi, Paşinyandan soruşmaq lazımdır ki, o və övladı Ermənistan vətəndaşı olduğu halda, hansı əsasla övladını Ermənistanda deyil, Dağlıq Qarabağa, başqa ölkənin ərazisinə hərbi xidmətə göndərir? Onun bu hərəkətinin özü beynəlxalq hüquq normalarına ziddir, danışıqlar prosesini yubadan bir addımdır. Paşinyan öz övladını siyasi alətə çevirib. Belə çıxır ki, bu şəxs öz oğlunu da siyasətə qurban verir, öz övladı ilə siyasi alver edir. Bu yolla özünü ermənilərə vətənpərvər göstərmək istəyir, amma o buna heç cür nail ola bilməyəcək".

T.Kərimli bildirib ki, son vaxtlar N.Paşinyan sarsaq çıxışlar edərək Azərbaycana söz atır, ölkənin daxili işinə qarışmaq istəyir: "Belə bəyanatlar vermək onun öz gücü daxilində mümkün deyil. İt araba kölgəsində yatar, elə bilər öz kölgəsidir. Ermənistan isə hələ də Rusiyanın kölgəsində yaşayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti