...

Nazir müavini: “ADEX-2018” sərgisində Azərbaycan 270-dən artıq hərbi məmulatla təmsil olunur

Siyasət Materials 25 Sentyabr 2018 15:12 (UTC +04:00)
“ADEX-2018” Beynəlxalq Müdafiə Sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi 270-dən artıq hərbi məmulatla təmsil olunur.
Nazir müavini: “ADEX-2018” sərgisində Azərbaycan 270-dən artıq hərbi məmulatla təmsil olunur

Bakı. Samir Əli - Trend:

“ADEX-2018” Beynəlxalq Müdafiə Sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi 270-dən artıq hərbi məmulatla təmsil olunur.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.

Nazir müavini bildirib ki, bunların arasında dörd yeni silah təqdim edilir: "Onlardan 23 millimetrlik snayper tüfəngi demək olar ki, dünyada nadir hallarda istehsal olunan silahdır. Bunu Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri konstruksiya sənədlərindən istehsalına qədər hamısını özləri hazırlayıb təqdim ediblər. Sərgi iki ildən bir keçirilməsinə baxmayaraq ilbəil iştirakçıların sayı artır. İnanırıq ki, 2020-ci ildə keçiriləcək sərgidə dövlətlərin də, şirkətlərin də sayı artacaq. Sərginin məqsədi hərbi texniki əməkdaşlığı genişləndirməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti