...

Qırğızıstan Prezidenti Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasının iştirakçılarını qəbul edib (FOTO)

Siyasət Materials 15 Noyabr 2018 00:58 (UTC +04:00)
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Bişkekdə keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (Türkon) XXI iclasının iştirakçılarını qəbul edib
Qırğızıstan Prezidenti Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasının iştirakçılarını qəbul edib (FOTO)

Bakı. Trend:

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Bişkekdə keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (Türkon) XXI iclasının iştirakçılarını qəbul edib.

Görüşdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev iştirak edib.

Qırğızıstan Prezidenti görüşdə Konfransın region üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sooronbay Jeenbekov bildirib ki, biz bir-birimizə çox yaxın, qardaş xalqlarıq. Belə görüşlər dövlətlərimiz arasında əməkdaşlığı möhkəmləndirir və inkişaf etdirir. Dövlət başçısı bu tədbirlərin təcrübə mübadiləsinin aparılması, milli, regional və qlobal problemlərin müzakirəsi baxımından önəmini diqqətə çatdırıb.

Sooronbay Jeenbekov qeyd edib ki, region dövlətlərinin başçıları xüsusi xidmət orqanlarının qardaş xalqlarımızın təhlükəsizliyini təmin etməyə yönəlmiş sıx və səmərəli qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verirlər.

Qırğızıstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi İsdris Kadırkulov Konfransın fəaliyyəti haqqında məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti