...

Prezident İlham Əliyev Yaponiyanın Baş nazirini təbrik edib

Siyasət Materials 24 Noyabr 2018 11:37 (UTC +04:00)
Prezident İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Yaponiyanın Baş nazirini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Baş nazir, Osaka şəhərinin “Ekspo 2025” sərgisini keçirmək hüququnu qazanması münasibətilə Sizi və bütün Yaponiya xalqını ürəkdən təbrik edirəm.

Sizə və dost Yaponiya xalqına bu mötəbər tədbirin hazırlıq mərhələsində və keçirilməsində uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti