...

Gələn il Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar qeyri-iş günləri müəyyənləşdi

Siyasət Materials 20 Dekabr 2018 18:57 (UTC +04:00)

Bakı. Trend:

Nazirlər Kabineti 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş nazir Novruz Məmmədovun imzaladığı Sərəncama deyilir: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6 –sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti