...

Kolumbiya Parlamenti Xocalı soyqırımı ilə bağlı Azərbaycan Respublikasının Boqotadakı səfirliyinə başsağlığı məktubu ünvanlayıb

Siyasət Materials 26 Fevral 2019 07:18 (UTC +04:00)
Xocalı soyqırımı ilə əlaqədar Kolumbiya Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin Prezidenti Xaime Duran və həmin Komitənin Baş katibi Dieqo Alexandro Qonzalez tərəfindən ölkəmizin Boqotadakı Səfirliyinə başsağlığı məktubu ünvanlanıb.
Kolumbiya Parlamenti Xocalı soyqırımı ilə bağlı Azərbaycan Respublikasının Boqotadakı səfirliyinə başsağlığı məktubu ünvanlayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Xocalı soyqırımı ilə əlaqədar Kolumbiya Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin Prezidenti Xaime Duran və həmin Komitənin Baş katibi Dieqo Alexandro Qonzalez tərəfindən ölkəmizin Boqotadakı Səfirliyinə başsağlığı məktubu ünvanlanıb.

Trend-in məlumatına görə, məktubda Kolumbiya qanunvericiləri Xocalı soyqırımının ildönümü ilə əlaqədar dərin hüznlə Azərbaycan xalqına başsağlığı verir, azərbaycanlılarla həmrəy olduqlarını bildirir.

Eyni zamanda Xocalı soyqırımında 613 insanın amansızlıqla qətlə yetirilməsi bəşəriyyətə qarşı tarixi bir cinayət kimi qiymətləndirilərək Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünlərin öz yurdlarını tərk etməsindən təəssüfləndiyi qeyd olunur.

Əlavə olaraq cənab Xaime Duran qardaş Azərbaycan xalqına bir daha dəhşətli faciələr ilə üzləşməməsini və mövcud münaqişəni qısa zamanda danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını arzulayır, həmçinin ölkəmizə sülh və tərəqqi diləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti