...

Azərbaycanla İndoneziya arasında əməkdaşlıq müzakirə edilib (FOTO)

Siyasət Materials 26 Fevral 2019 16:39 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri ilə görüşdü
Azərbaycanla İndoneziya arasında əməkdaşlıq müzakirə edilib (FOTO)

Bakı. Trend:

Cenevrəyə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb və siyasi münasibətlərin cari səviyyəsindən məmnunluq ifadə olunub.

Eyni zamanda tərəflər beynəlxalq təşkilatlar, ələxüsus BMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti