...

ABŞ-ın Etnik Anlaşma Fondu: Amerikada yəhudi icması tərəfindən ən çox hörmət olunan müsəlman ölkəsi Azərbaycandır

Siyasət Materials 5 Mart 2019 14:55 (UTC +04:00)
Amerikada yəhudi icması tərəfindən ən çox sevilən və hörmət olunan müsəlman ölkəsi Azərbaycandır.
ABŞ-ın Etnik Anlaşma Fondu: Amerikada yəhudi icması tərəfindən ən çox hörmət olunan müsəlman ölkəsi Azərbaycandır

Bakı. İlhamə İsabalayeva - Trend:

Amerikada yəhudi icması tərəfindən ən çox sevilən və hörmət olunan müsəlman ölkəsi Azərbaycandır.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayner brifinqdə deyib.

Onun sözlərinə görə, fəaliyyətlərini genişləndirərək bura xristian icmalarını da əlavə etmək istəyirlər: "Yevangelistlərin rəhbərini bu gün "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda keçirilən konfransa dəvət etdik ki, Azərbaycanda görülən işləri təkcə yəhudilər deyil, onlar da görsünlər. Azərbaycanın dini sahədə gördüyü işlər Amerikada yüksək qiymətləndirilir. Bu, bizim gördüyümüz işlərin tərkib hissədir. Biz istəyirik ki, Amerikada yaşayan xristianlar da Azərbaycanın tolerantlıq nümunəsi, bu sahədə görülən işlərlə bağlı səslərini ucaltsınlar. Biz bu sahədə işlərimizi davam etdirəcəyik və Azərbaycan həqiqətləri gec-tez öz yerini tapacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti