Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə San-Marino Respublikasının yeni təyin edilmiş fəxri konsulu Rasim Qasımovu qəbul edib.
XİN-dən Trend-ə verilən məlumata görə, görüş zamanı Rasim Qasımov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.
Pərvin Mirzəzadə fəxri konsul Rasim Qasımova gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə San-Marino arasındakı münasibətlərin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.