Gürcüstan parlamentinin vitse-spikeri Mili Məclisdə - Mühüm məsələlər müzakirə olundu (FOTO)

Gürcüstan parlamentinin vitse-spikeri Mili Məclisdə - Mühüm məsələlər müzakirə olundu (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Gürcüstan Parlamentinin ölkəmizdə səfərdə olan Gürcüstan-Azərbaycan Parlament Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvlərinin görüşü keçirilib.

Trend-in məlumatına görə, əvvəlcə qonaqlar görüşün keçirildiyi Milli Məclisin binası ilə tanış olublar.

Toplantıda çıxış edən Azərbaycan-Gürcüstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan və Gürcüstan xalqlarının tarixən mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin hər iki dövlətin hazırkı strateji müttəfiqliyi müstəvisində daha da inkişaf etdiyini vurğulayıb. Bu müasir təməl Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadze tərəfindən qoyulub.

Deputat bildirib ki, ölkələr regionda enerji və təhlükəsizlik məsələlərində mühüm təminatçı kimi çıxış edirlər və mövcud status perspektiv əməkdaşlığın qlobal şəraitin şərtlərinə uyğunlaşması üçün geniş imkanlar yaradı: "Elə bir problem və çətinlik yoxdur ki, biz onu müzakirə yolu ilə həll edə bilməyək. Bu, son dərəcə vacib məqamdır. Yaşadığımız regionda dünya əhəmiyyətli layihələr gerçəkləşdirilməkdədir. Həmin layihələr bilavasitə Azərbaycan və Gürcüstan xalqlarının gələcəyinin təminatıdır. Bunun üçün baza yaratmışıq. Hazırda Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatında mühüm mövqelərdən birinə sahibdirlər. Onların sayı 650-ə qədərdir. Biz fəxr edirik ki, SOCAR Gürcüstanda ən çox vergi ödəyən şirkətdir. Gürcü sahibkarlarının da Azərbaycan iqtisadiyyatında payı var, təxminən 300-ə yaxın şirkətlə təmsil olunurlar. Qeyd etdiyimiz rəqəmlər qarşılıqlı etimad və inam mühitinin mövcudluğundan xəbər verir. Lakin münasibətlərimizdəki dinamikanı, xalqlarımızın yaxınlığını gözü götürməyən qüvvələr də kifayət qədərdir. Onlar ara-sıra aktivləşirlər. Hesab edirəm ki, parlamentarilər məsələyə həssas yanaşmalıdırlar. Bir daha bildirim, danışıb həll edə bilməyəcəyimiz hər hansı problem və çətinlik yoxdur".

Ə.Amaşov Azərbaycan və Gürcüstan arasındakı qarşılıqlı əlaqələrin inkişafında hər iki ölkə parlamentlərinin missiyasını önə çəkib.

Deputat çıxışında həmçinin diqqəti zaman-zaman Azərbaycanın və Gürcüstanın ictimai rəyinə təsir göstərmiş məsələlərə yönəldib. Mövcud xüsusda bir müddət öncə erməni terrorçusu Mixail Avaqyana Gürcüstanın Axalkalaki bölgəsində abidə ucaldılmasına, eləcə də Gürcüstan ərazisindən Rusiya mallarının Ermənistana tranzitinə dair və bir sıra digər məqamlara toxunub. Bu sayaq məsələlərin parlament üzvləri arasında müzakirəsinin yarana biləcək hər hansı problemin qarşısının zamanında alınması baxımından əhəmiyyətini vurğulayıb.

Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan Parlament dostluq qrupunun rəhbəri Zviad Dzidziquri Azərbaycana səfərin Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun təşəbbüsü ilə gerçəkləşdiyini bildirib və bu sayaq səfərlərin qarşılıqlı əməkdaşlığın güclənməsindəki əhəmiyyətindən söz açıb. Z.Dzidziquri onu da bildirib ki, Azərbaycan və Gürcüstan hökuməti arasındakı təmaslar zaman-zaman ortaya çıxan anlaşılmazlıqların aradan qaldırılması üçün mühüm təminatdır.

Azərbaycan-Gürcüstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü, deputat Qənirə Paşayeva Azərbaycanı və Gürcüstanı ortaq dəyərlərlə yanaşı, oxşar acı yaşantıların da birləşdirdiyini diqqətə çatdırıb. Bu baxımdan o, hər iki ölkənin ərazi bütövlüyünə qəsddən, işğal faktından söz açıb. Q.Paşayeva Azərbaycan və Gürcüstan arasındakı dostluq və mehriban qonuşuluq münasibətlərini pozmağa çalışan qüvvələrin mövcudluğunu dilə gətirib və əlavə edib ki, onların törətdikləri təxribat əməllərinə dərhal adekvat reaksiya verilməlidir. Bu, hər iki ölkənin ictimai rəyinin düzgün yönləndirilməsi nöqteyi-nəzərdən vacibdir.

Q.Paşayeva həmçinin Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlardakı təmsilçiliyinə də toxunub. O, iqtidar və ya müxalifəti təmsil etməsindən asılı olmayaraq, azərbaycanlı deputatların hər zaman Gürcüstanla bağlı məsələlərdə Gürcüstanın maraqlarından çıxış etdiyini vurğulayıb. Eyni yanaşmanın hər iki ölkənin parlamentariləri üçün aktuallığını önə çəkib.

Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan Parlament dostluq qrupunun sədri Z.Dzidziquri son zamanlar Azərbaycanın və Gürcüstanın ictimai rəyində geniş müzakirəyə səbəb olmuş Keşikçidağ məbədi (David Qareci monastrı) ilə bağlı məsələyə toxunub. O bildirib ki, həmin məbədin gürcülər üçün yalnız dini mahiyyəti əsas deyil. Keşikçidağ gürcü xalqının keçmiş SSRİ-yə qarşı mübarizəsinin də rəmzi kimi qarşılanır. Belə ki, vaxtilə ərazidə SSRİ ordusunun hərbi hissəsi yerləşirdi. Orada hərbi təlimlər keçirilirdi və məbəd də ziyan görə bilərdi. Ona görə də gürcü xalqının nümayəndələri buna etirazlarını bildirdilər və onların təkidi ilə hərbi təlimlər dayandırıldı. Z.Dzidziquri eyni zamanda bildirib ki, hazırda Gürcüstan və Azərbaycan hökumətləri mövzunu müzakirə edirlər. Hər iki tərəfdən müvafiq komissiya iş aparacaq və şübhəsiz danışıqlar nəticəsində optimal həll variantı tapılacaqdır.

Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun üzvü, deputat Rasim Musabəyov əməkdaşlığın dərinləşməsində qarşılıqlı səfərlərin və şəxsi təmasların rolunu önə çəkib. O bildirib ki, məhz bunun nəticəsində yaranmış və yaranmaqda olan hər hansı problemin ictimai rəydə yanlış istiqamətləndirilməyə məruz qalmadan həllinə nail olmaq mümkündür. R.Musabəyov habelə dünyada dəyişən reallıqlar, yeni qlobal şərtlər müstəvisində Azərbaycanın və Gürcüstanın işbirliyinin region üçün əhəmiyyətli tərəflərini sadalayıb.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Gürcüstanla Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Birgə əməkdaşlığın müxtəlif aspektlərinə diqqət çəkən səfir bildirib ki, bu, meydana çıxan problemlərin aradan qaldırılmasında, anlaşılmazlıqların yoluna qoyulmasında mühüm baza rolunu oynamaqdadır. Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin iqtisadi tərəfləri üzərində dayanan səfir mövcud xüsusdakı xarakterik cəhətləri vurğulayıb. O, eyni zamanda məlumat verib ki, iyunun 14-dən Bakı-Batumi aviareysi fəaliyyətə başlayacaq.

Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun üzvü, deputat Flora Qasımova çıxışında bildirib ki, dost və qonşu dövlətlər olan Azərbaycan və Gürcüstanın bütün sahələrdəki işbirliyi örnək mahiyyət daşımaqdadır və bunu qəbul etməyən qüvvələrə qarşı mübarizədə monolit mövqe nümayişi mütləqdir. Bu, xalqlarımızın bir-birindən gözləntilərinin doğrulması üçün həssas məqamdır və ciddi şəkildə nəzərə alınmalıdır.

Gürcüstan parlamentinin nümayəndələri bu gün Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovla görüşüblər.

Z.Əsgərov Azərbaycanın və Gürcüstanın strateji tərəfdaşlar olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasında dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində əlaqələr yüksək səviyyədədir.

Görüşdə bildirilib ki, Azərbaycan və Gürcüstan geosiyasi və geostrateji mövqedə yerləşirlər. Onların işbirliyinin möhkəmliyi regionla bağlı proseslərə təsirini göstərməkdədir. Azərbaycan karbohidrogen ehtiyatlarını Avropaya Gürcüstan vasitəsilə nəql edir. Bu da hər iki dövlətin əhəmiyyətini olduqca artırır.

Z.Əsgərov Azərbaycan və Gürcüstanın parlament səviyyəsindəki əməkdaşlığının qanunvericilik məsələlərini də əhatə etməsinin əhəmiyyətinə aydınlıq gətirib. O bildirib ki, regionda reallaşmaqda olan böyük layihələrin hüquqi münasibətlər sisteminə də təsiri qaçılmazdır. Bu baxımdan ölkələrin qanuvericiliklərində müəyyən unifikasiya işlərinin aparılması nəzərdən keçirilə bilər. Mövcud istiqamətdə danışıqlar aparılmalıdır.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri də çıxışında sırf qanunvericilik müstəvisindəki əməkdaşlığın əhəmiyyətinə önəm verib və bu baxımdan azərbaycanlı həmkarının fikirlərini bölüşdüyünü deyib. O, məsələnin parlament sədrləri səviyyəsində müzakirə üçün mühüm mövzu ola biləcəyinə əminliyini bildirib. Z.Dzidziquri həmçinin ümumən parlamentlərarası əlaqələrin önəmindən bəhs edib və deyib ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu baxımdan fəaldir. Gürcüstan tərəfi də ümumi iş üçün səmərəli addımlar atmaqdadır.

Nümayəndə heyətinin üzvləri bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir müavini Ramiz Həsənovla da görüşüblər. Görüşdə iki ölkə arasındakı qarşılıqlı əməkdaşlığın hazırkı dinamikasını əks etdirən məqamlara toxunulub. Regional əməkdaşlıq platformasının Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin əbədilik təminatı olduğuna diqqət yetirilib. Həmçinin beynəlxalq müstəvidə Azərbaycanın və Gürcüstanın ortaq maraqların müdafiəsindəki ardıcıllığının və prinsipiallığının zəruriliyindən söz açılıb.

Gürcüstanın parlament təmsilçilərindən ibarət nümayəndə heyəti üzvlərinin bu günkü daha bir görüşü Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə olub. Görüşdə Azərbaycan və Gürcüstanı birləşdirən tarixi dəyərlərin müasir beynəlxalq tərəfdaşlıq üçün etibarlı baza rolunu oynadığı vurğulanıb.

Qeyd edək ki, Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan Parlament dostluq qrupunun sədri Z.Dzidziqurinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-dən 9-dək Azərbaycanda səfərdədir. Nümayəndə heyətinin tərkibinə Gürcüstan-Azərbaycan Parlament Dostluq Qrupunun üzvləri - deputatlar Gela Samxarauli, Mahir Dərziyev, Ramaz Nikolaişvili, həmçinin Gürcüstan Parlamentinin Beynəlxalq Münasibətlər İdarəsinin Parlamentlərarası əlaqələr şöbəsinin müdiri Ann Marcanidze daxildir.

Səfərdən məqsəd iki ölkə parlamentləri arasındakı əlaqələri daha da gücləndirməkdən, Azərbaycan-Gürcüstan strateji müttəfiqliyinin dərinləşmə perpektivlərinə, Azərbaycan və Gürcüstan xalqlarının regionla bağlı proseslərdə iştirakçılığına dair, həmçinin müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmaqdan ibarətdir.

Səfərin dünənki ilk günündə qonaqlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Gürcüstanın parlament üzvlərindən ibarət nümayəndə heyəti mayın 7-də həmçinin Diasporla İş üzrə Dövlət Komitəsində komitə sədri Fuad Muradovla görüşüblər. Görüşdə Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların təmsil olunduqları ölkələrin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatına inteqrasiyası məsələləri və bu xüsusdakı bir sıra məqamlar ətrafında geniş fikir mübadiləsi aparılıb, dost və qonşu ölkələri birləşdirən dəyərlərə, yeni əməkdaşlıq perspektivlərinə nəzər salınıb.

Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Azərbaycan ilk dəfə Müsəlman İncəsənət və Mədəniyyət Festivalında təmsil olunub
Azərbaycan ilk dəfə Müsəlman İncəsənət və Mədəniyyət Festivalında təmsil olunub
Loading Bars
Xəbər lenti
Bakıda restoranda toy edən 40 nəfər cərimələnib (VİDEO)
Azərbaycanın azad edilmiş ərazilərində yenidən sülhün hökm sürməsi sevindirici haldır - Macarıtanın dövlət katibi
Ermənistanda Gəncəyə raket zərbələri endirməsi əmirini verənlər müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar - Hikmət Hacıyev
Azərbaycan müharibə dövründə çox böyük bir qəhrəmanlıq sərgilədi - Fahrettin Altun (ÖZƏL) (VİDEO)
“Yaşat” Fondu dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verilməsi üçün effektiv və əlçatan platformadır - Pərvin Kərimzadə
Gürcüstanda koronavirusa daha 707 nəfər yoluxub, 8 nəfər ölüb
Azərbaycanın Ağdam şəhəri urbisidin açıq nümunəsidir - Hikmət Hacıyev (FOTO)
Türk Şurasının nümayəndə heyətinin Gəncəyə səfəri başlayıb (FOTO)
Türkiyədə ilin əvvəlindən 40 terror aktının qarşısı alınıb - Nazir
Bu səfər təşkil olundu ki, Türk Şurasının nümayəndə heyəti bu vəhşiliklə yerindəcə tanış olsun - Hikmət Hacıyev
Özbəkistan Qarabağda bir məktəbin tikintisini təmənnasız edəcək - Asadjon Xocayev (VİDEO)
Türk Şurası şirkətlərin Qarabağda bərpa işlərində iştirakı ilə bağlı biznes forum keçirəcək
Azərbaycanın qələbəsi türk dünyasının qələbəsi oldu - Türk Şurasının baş katibi
İranda ötən sutkada 258 nəfər koronavirusdan ölüb
İsmayıllıda çayxanada şənlik təşkil edənlər cərimələnib (FOTO)
Türk Şurasının nümayəndə heyəti Ağdam Dram teatrının qalıqlarına baxıblar (FOTO)
Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır - Fahrettin Altun (VİDEO)
ADA Universitetində “Cənubi Qafqaz üçün yeni baxış. Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans keçirilir (FOTO)
Türk Şurasının nümayəndə heyəti Ağdam şəhər Cümə məscidində olublar - Trend TV-nin REPORTAJI
Hindistanda ötən sutka koronavirusa 150 mindən çox yoluxma halı qeydə alınıb
Prezident İlham Əliyev Türk Şurasında vacib birləşdirici rol oynayır - Bağdad Amreyev (ÖZƏL) (VİDEO)
Türk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu Ağdamın "İmarət"ində - Trend TV-nin REPORTAJI
Naftalanda toy mərasimin keçirilməsinin qarşısı alınıb (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevirdə ictimai yerdə hərəkətdə olan koronavirus xəstəsi saxlanılıb
Siyəzəndə nişan mərasimin keçirilməsinin qarşısı alınıb
Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb (FOTO)
Şəmkirdə yol polisi reyd keçirib (FOTO)
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranın nüvə obyektində naməlum hadisə baş verib
Yevlaxda toy məclisi aşkar edilib (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 135 milyon nəfəri ötüb
Füzuli rayonunun Aşağı Rəfədinli kəndi (VİDEO)
Qırğızıstanda referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilir
Samuxda mərasimlərin keçirilməsinin qarşısı alınıb (FOTO)
Rumıniyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb
Çin Azərbaycana dəmir yolu vasitəsilə 50 konteyner ixrac malı göndərəcək
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
Qazaxıstanda son sutkada koronavirusa 2 842 nəfər yoluxub
Fransada silah satışı ilə məşğul olan cinayətkar dəstə saxlanılıb
Avstriya 1 milyon doza Sputnik vaksini almaq niyyətindədir
Çində kömür mədənini su basıb, onlarla fəhlə təhlükədə qalıb
Fransada koronavirusa yoluxma hallarının sayı 5 milyonu ötüb
Yunanıstan sahillərində zəlzələ qeydə baş verib
Hindistanda avtobus dərəyə düşüb, azı 10 nəfər ölüb
Türkiyədə son sutkada koronavirusdan 32 539 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Real" "Barselona"ya qalib gəldi
Türkiyə və Ukraynanın müdafiə nazirlərinin görüşü baş tutub
Dünyada koronavirusa yoluxanların sayı 134 milyonu ötüb - ÜST
Ağdamda ev yanıb (FOTO)
Türk Şurasının beynəlxalq nüfuzu artır - Azərbaycan türk dünyasının birləşdiricisi kimi...
Mingəçevir Dövlət Universitetində “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi” yaradılıb
“Yaşıl Marafon” çərçivəsində Bakı və Tərtərdə daha 1 225 ədəd müxtəlif cinsli ağac əkilib (FOTO)
İtaliyada son sutka ərzində koronavirusdan 344 nəfər ölüb
Myanmada toqquşmalarda ölənlərin sayı 701 nəfərə çatıb
Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi beynəlxalq hüququn növbəti pozuntusudur - Səfir
Bərdədə ağır avtomobil qəzası, xəsarət alanlar var
Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır
Şəhid ailələrinə və vətən müharibəsi iştirakçılarına dövlət qayğısı bundan sonra da davam edəcək - Deputat
Şahzadə Filipin dəfn mərasiminin tarixi elan edilib
Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb
Azercell-in “Kabinetim” mobil tətbiqi 1 mln yüklənməni aşdı
Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdəndir - Tamam Cəfərova
Kürün aşağı axımında suyun duzluluğunun artması səbəbləri araşdırılır
İngiltərə futbol çempionatının lideri "Mançester Siti" "Lids"ə məğlub oldu
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır - Rusiyalı politoloq
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib
Azərbaycan startapı beynəlxalq proqramda iştirak edəcək
Türk Şurasının informasiya və media üzrə məsul rəsmiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycan nefti bahalaşır
Ukraynanın nüfuzlu “Kiev Diplomatic” jurnalında Azərbaycanla bağlı geniş məqalə dərc edilib (FOTO)
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir (VİDEO)
Mingəçevirdə restoranda toy edənlər cərimələnib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Macarıstan Türk Şurası ölkələrini vacib tərəfdaş hesab edir
Azərbaycanda 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Xəzər rayonunda ümümrayon iməcliyi və dezinfeksiya işləri aparılıb (FOTO)
Media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq - Hikmət Hacıyev
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı salınacaq
Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır - Prezidentin köməkçisi (VİDEO)
Kür çayında batan bacı-qardaşlardan birinin meyiti tapılıb
Son illərdə saxta əlillik təyinatının ləğvi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub - Deputat
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət AÇIQLANIB (FOTO)
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
Səudiyyə Ərəbistanında 3 hərbçi edam olunub
Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük - Fahrettin Altun
Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev
Qaxda yol polisi reyd keçirib (FOTO)
Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır - Prezidentin köməkçisi
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün lazımi işləri görür - Hikmət Hacıyev
Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır
Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilib - (FOTO/VİDEO)
“Əsas Məsələ”də Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli görüşlər müzakirə olunub (VİDEO)
Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir
Bütün xəbərlər