...

Əli Əhmədov: Son iki ildə Azərbaycanda 250 minə yaxın iş yeri leqallaşıb

Siyasət Materials 15 May 2019 11:01 (UTC +04:00)
Son iki ildə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində 250 minə yaxın iş yeri leqallaşıb.
Əli Əhmədov: Son iki ildə Azərbaycanda 250 minə yaxın iş yeri leqallaşıb

Bakı. Ayşəm Rüstəmova - Trend:

Son iki ildə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində 250 minə yaxın iş yeri leqallaşıb. Bununla da Dövlət Sosial Müdafiə Fonduna ödənilən vəsait 200 milyon manata qədər artıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.

Ə.Əhmədov bildirib ki, bu, pensiya sisteminin dayanıqlığına bir töhfədir və eyni zamanda özəl sektorda çalışan insanların gələcəkdə etibarlı pensiya sistemi ilə təmin olunması üçün əhəmiyyəti töhfə sayıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti