...

Hikmət Hacıyev: Azərbaycanın xarici ölkələrdə diplomatik nümayəndəliklərinin sayı artır

Siyasət Materials 5 İyul 2019 12:45 (UTC +04:00)
Azərbaycan 183 xarici ölkə ilə diplomatik əlaqələrə malikdir
Hikmət Hacıyev: Azərbaycanın xarici ölkələrdə diplomatik nümayəndəliklərinin sayı artır

Bakı. Samir Əli - Trend:

Azərbaycanın xarici diplomatik nümayəndəliklərinin təmsilçilərinin sayı artır.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Azərbaycan diplomatiyası” adlı elektron resursun təqdimat mərasimi zamanı deyib.

O bildirib ki, Azərbaycanın xarici ölkələrdə diplomatik nümayəndəliklərinin sayı artmaqdadır: "Bu da xarici siyasətimizin coğrafiyasının genişlənməsinin bariz nümunəsidir. Bu gün Azərbaycan diplomatiyası dövlət başçısı tərəfindən qoyulan tapşırıqları qətiyyətlə, əzmlə, sədaqətlə yerinə yetirir. Diplomatlarımız ictimai-siyasi vəziyyəti ağır olan ölkələrdə ölkəmizi layiqincə təmsil edirlər. Sevindirici haldır ki, onların sırasında gənclər, həmçinin qadınların sayı artır. ADA Universitetinin məzunları Xarici İşlər Nazirliyində, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində çalışırlar".

Tədbirdə, həmçinin məlumat verilib ki, Azərbaycan 183 xarici ölkə ilə diplomatik əlaqələrə malikdir.

Azərbaycanın 59 ölkədə səfirliyi, 9 şəhərdə baş konsulluğu, 17 ölkədə fəxri konsulluğu, 19 beynəlxalq təşkilat yanında nümayəndəliyi fəaliyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti