Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Səfir Zakari Qros fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Zakari Qros etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Səfirlə söhbət edən Prezident İlham ƏLİYEV dedi:

-Sizə Azərbaycanda xoş günlər arzulayıram. Artıq uzunmüddətli və çox uğurlu bir tarixə, böyük potensiala malik əməkdaşlığımızın əhatə dairəsini nəzərə alaraq ümid edirəm ki, dolğun bir gündəliyiniz olacaq. Əlbəttə ki, əməkdaşlığımızın inkişaf mərhələləri sizə yaxşı məlumdur. Bilirsiniz ki, Azərbaycan hər zaman sizin ölkənizi dünyanın ən mühüm tərəfdaş ölkələrindən biri kimi qəbul edir. Mənim Parisə çoxsaylı səfərlərim və Prezident Şirak, Prezident Sarkozi və Prezident Olland ilə, həmçinin ötən il Prezident Makron ilə olan görüşlərimin hamısı və digər yüksək səviyyəli rəsmilərlə görüşlərim əməkdaşlığımızın inkişafında çox böyük rol oynamışdır. Təsadüfi deyil ki, fransız şirkətləri Azərbaycanda bir çox mühüm layihələr həyata keçiriblər. Xatırlayıram ki, Prezident Ollandın səfəri zamanı bir neçə milyard dollarlıq müqavilələr imzaladıq. Onlardan bir hissəsi artıq icra edilib, digərləri isə icrasını gözləyir. Fransız şirkətləri burada çox geniş təmsil olunur. Əlbəttə, MEDEF ilə çoxsaylı görüşlərim haqqında da məlumatlısınız. Son dəfə bu görüş burada, Bakıda keçirildi. Fransada və burada da görüşmüşük. Qarşılıqlı böyük maraq və yaxşı nəticələr var. Düşünürəm ki, bu sahədə möhkəm əməkdaşlığımız var və bu əməkdaşlıq böyük perspektivlərə malikdir. Əlbəttə ki, siyasi əlaqələrimiz də şirkətlər arasında əməkdaşlıq və iqtisadi sahədəki əlaqələrin inkişafında mühüm rol oynayır. Ötən il Prezident Makronla görüşüm əlaqələrimizin gələcək əməkdaşlıq planlarının müəyyənləşdirilməsi baxımından çox önəmli idi. Bu görüş bugünkü tərəfdaşlığın inkişaf etdirilməsində mühüm rol oynadı. Əlbəttə ki, nazir Lö Merin səfəri də çox uğurlu oldu. Biz münaqişənin həlli məsələsində də əməkdaşlıq edirik və danışıqların hansı fazada olduğunu bilirik. Əlbəttə ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında da sizin ölkəniz mühüm rol oynayır. İyul ayında Prezident Tuskun da səfəri çox uğurlu idi. Beləliklə, əməkdaşlığımız çox geniş gündəliyə malikdir. Əminəm, görüləsi işləriniz çoxdur və ümid edirəm ki, mövcud əlaqələrimizin müsbət dinamikası fəaliyyətiniz dövründə də davam etdiriləcək.

Səfir Zakari QROS dedi:

-Təşəkkür edirəm. Prezident Makronun ən səmimi salamlarını Sizə çatdırıram. Burada, gözəl və uğurla inkişaf edən şəhərinizdə olmağımdan çox məmnunam. Artıq Sizin də qeyd etdiyiniz kimi, bizim möhkəm ikitərəfli münasibətlərimiz mövcuddur və bu məsələdə Sizin şəxsi töhfəniz bizim üçün çox önəmlidir. Təhlükəsizlik məsələləri mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Cənubi Qafqazın təhlükəsizliyi Avropanın təhlükəsizliyi üçün çox əhəmiyyətlidir. Regionda gərginliyin mövcudluğu şəraitində - İran məsələsində Prezident Makron gərginliyin aradan qaldırılmasına səy göstərir. Əlbəttə ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa münaqişənin dinc yolla, ölkənizin ərazi bütövlüyünə hörmət prinsipi çərçivəsində həllini arzulayır və bu sahədə fəal olmaq niyyətindədir. Biz ölkələrimiz arasında siyasi dialoqu davam etdirməyə ümidvarıq. Sizin də qeyd etdiyiniz kimi iqtisadiyyat, energetika, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlıq bizim üçün çox vacibdir.

Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fransa Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

Çində koronavirusa görə 600-dən çox reys təxirə salınıb
Çində koronavirusa görə 600-dən çox reys təxirə salınıb
Ermənistanın ədliyyə naziri də istefaya göndərildi
Ermənistanın ədliyyə naziri də istefaya göndərildi
Rusiyada müdafiə sənayesi zavodunda partlayış baş verib - Ölən var
Rusiyada müdafiə sənayesi zavodunda partlayış baş verib - Ölən var
Loading Bars
Xəbər lenti
Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq - Vüsal Qasımlı
Milli Məclisin növbəti iclasının vaxtı məlum olub
Polietilen torbalar və plastik stəkanların satışına məhdudiyyət ikinci oxunuşda təsdiq edildi
Təəssüf ki, çox həkimlər süni tənəffüs aparatlarının funksiyalarını yaxşı bilmirlər - TƏBİB
Dövlət qulluqçularının xidməti yeni qaydalarla qiymətləndiriləcək
Azərbaycan nefti bahalaşır
Gəncədə qışa hazırlıq işləri yekunlaşıb (FOTO)
Çində koronavirusa görə 600-dən çox reys təxirə salınıb
Evdə müalicə olunan COVİD xəstələrinin sayı açıqlandı
"Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında əsasnamə ikinci oxunuşda təsdiq edilib
Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır - Səhiyyə nazirliyi
Milli Məclisdə bir sıra həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker
Milli Məclis yeni orden və medallarla bağlı layihəni ikinci oxunuşda təsdiqlədi
Düşmən Azərbaycan mövqelərini bu ərazidən atəşə tuturdu (FOTO)
Milli Məclisin növbəti iclası başlayıb
Azərbaycan Prezidenti: Biz Ağdam şəhərini bərpa edəcəyik
“ASAN xidmət” “500 startups” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb (FOTO)
Azərbaycan Prezidenti: Həmsədr ölkələrinin səfirləri bu məsciddə olublar, niyə məsələ qaldırmayıblar?
Prezident İlham Əliyev: Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri
Prezident İlham Əliyev Ağdam məscidinə Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışlayıb
Bəzi antibiotiklərin reseptsiz satışına qadağa qoyulsun - TƏBİB-dən təklif
Prezident İlham Əliyev: Dəfələrlə səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq
Hazırda süni tənəffüs aparatına qoşulan xəstələrin sayı həddindən çoxdur - TƏBİB
Ermənistanın ədliyyə naziri də istefaya göndərildi
Azərbaycan Prezidenti: Paşinyan bütün müxalifəti tutdurur, qərb də susur, ağzına su alıb
Prezident İlham Əliyev: Paşinyan kimdir, Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda
Azərbaycan Prezidenti: Dedim, Paşinyan, sən özün bizə tarix verməlisən, özün deməlisən və buna nail oldum
Prezident İlham Əliyev Ağdamın niyə daha tez azad olunmamasının səbəblərini açıqladı
Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlanıb
Rusiyada müdafiə sənayesi zavodunda partlayış baş verib - Ölən var
Azərbaycan Prezidenti: Meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Şuşanı azad etdik
Prezident İlham Əliyev: Bu gün bir çox inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir
Azərbaycan Prezidenti: Biz heç kimdən asılı deyilik
BQXK Dağlıq Qarabağda missiyasının tərkibini genişləndirəcək
Prezident İlham Əliyev: Lazımi beynəlxalq dəstəyi ala bildik
Prezident İlham Əliyev: Bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmirdilər
Azərbaycan Prezidenti: Münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik
Antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır - ÜST
Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartı təqdim edilib
Prezident İlham Əliyev: Əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu bir güllə atmadan işğaldan azad edilsin
Sabirabadda COVİD-19 xəstəsi karantin postunda saxlanıldı
Braziliyada koronavirusdan ölənlərin sayı 170 minə yaxınlaşır
ABŞ jurnalı Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektləri barədə məqalə dərc edib
JOCAP "Abşeron" yatağının işlənməsi ilə bağlı son işlər barədə
Ya qalib, ya qazi, ya da şəhid olmalıyıq - Şəhid polkovnik Babək Səmidli (VİDEO)
Anama Şuşanı söz vermişdim - Şəhid hərbçi ilə olmayan müsahibə
Türkiyədə qeydiyyata alınmış Azərbaycan şirkətlərinin ümumi kapitalı açıqlanıb
Deputatlar bu gün 6 məsələnin müzakirəsinə toplaşır
Noyabrın 24-də xarici valyutaların manata qarşı məzənnələri
İngiltərə Premyer Liqasında daha 8 nəfər koronavirusa yoluxub
Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir (ÖZƏL)
Zaqatalada ferma və yük avtomobili yanıb
Qazaxıstanda koronavirusa daha 678 nəfər yoluxub
Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur - Hande Harmancı
Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötüb
Britaniyada bir gündə koronavirusa 15 450 yoluxma qeydə alınıb
Avropa İttifaqı ölkələrinin liderləri Baydenlə Aİ-ABŞ münasibətlərini müzakirə ediblər
Nikaraquada yük maşını dərəyə aşıb, çox sayda ölən və yaralanan var
Tramp hakimiyyətin Baydenə təhvil verilməsi prosesinin başlanılmasına icazə verib
Fransada ötn sutka koronavirusdan 500 nəfər ölüb
İspaniya Kralı koronavirusa yoluxmuş şəxslə təmasdan sonra karantinə gedir
Zaqatalada yaşayış binasında yanğın olub
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 377 mini keçib
ANAMA 31 ədəd mina və partlamamış hərbi sursatı zərərsizləşdirib (FOTO)
BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək
Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib
Fransız deputat: “Bu cür qətnamələr erməni icmasını xoşhal etməkdən o tərəfə keçməyəcək”
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 542 mindən çox artıb
Teymur Rəcəbov "Skilling Open" turnirində Levon Aronyana qalib gəlib
Kanadada 4,8 bal gücüdə zəlzələ olub
Bakıda yük avtomobili yanıb
Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırdı (FOTO)
Lavrov İordaniyanın XİN rəhbəri ilə Dağlıq Qarabağı müzakirə edib
Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
“Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirilib (FOTO)
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyir?
Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb
Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb (FOTO/VİDEO)
Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı gəlib çatıb - Əlcəzair səfiri (FOTO)
Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib
Seyran Ohanyana qarşı daha bir maddə ilə ittiham irəli sürülüb
Rusiyalı zabit Qarabağda mina partlaması nəticəsində yaralanıb
Paşinyanın istefasını tələb edən siyasətçi aclıq aksiyasına başlayıb
İctimai iaşə müəssisələrində karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun (VİDEO)
İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub
İnformasiya əldə etmək hüququnun təmin edilməsi istiqamətində Ombudsmanın fəaliyyəti inkişaf etdirilib
Prezidentə yazırlar: Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdamdan görüntülər paylaşılıb (VİDEO)
Paytaxtın küçə və prospektlərində sıxlıq müşahidə edilir - BNA (FOTO)
Abşeronda COVID-19 infeksiyası ilə bağlı genişmiqyaslı reydlər bu gün də davam etdirilib (FOTO)
Fransada Nikolya Sarkozinin məhkəmə prosesi başlayıb
“Virtual təhsilə dəstək” layihəsinə start verilib
Azərbaycanda benzin istehsalı artıb
İran Qız Qalası su anbarından istifadəyə hazırlaşır
Noyabrın 24-də manatın dollara qarşı məzənnəsi
Bütün xəbərlər