...

Azərbaycanla Belarus arasında əməkdaşlıq müzakirə edilib

Siyasət Materials 26 Sentyabr 2019 20:41 (UTC +04:00)
BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Belarus Xarici İşlər naziri Vladimir Makei ilə görüşüb.
Azərbaycanla Belarus arasında əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Belarus Xarici İşlər naziri Vladimir Makei ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər Azərbaycan və Belarus arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin cari vəziyyəti, mövcud əlaqələrin genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü və bu xüsusda həyata keçirilən hazırlıq tədbirləri, Azərbaycanın qarşıdan gələn üç il ərzində Hərəkata sədrliyi məsələlərini müzakirə etdilər.

Tərəflər, həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi həyata keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti