...

Trend-in baş direktorunun müavini Valday klubunun illik iclasının xüsusi sessiyasında moderator olacaq

Siyasət Materials 29 Sentyabr 2019 23:42 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin 30 sentyabrdan- 3 oktyabra kimi Soçidə Valday Beynəlxalq Müzakirə Klubunun 16-cı illik yığıncağı keçiriləcək.

Trend-in məlumatına görə, qarşıdakı görüşün mövzusu: "Şərqin şəfəqi və dünya siyasətin quruluşudur". İclasın gündəliyinə Şərqin dünya nizamına təsiri ilə bağlı suallar daxil edilib.

Siyasətçilər və ekspertlər dünyada dəyişən prosesləri, Asiyanın əhəmiyyətinin artdığının və qərb dünyagörüşündən fərqli quruluşun önə çıxacağını müzakirə edəcəklər.

Valday Klubunun xüsusi iclaslarından biri də Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, “Baku Network” Ekspert Şurasının vitse-prezidenti Gülnarə Məmmədzadənin moderatorluğu ilə "Rusiya və İslam dünyası: qarşılıqlı rol və qarşılıqlı təsir" mövzusunda keçiriləcək.

İclasa spiker rolunda Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev və Başqırdıstan Respublikasının başçısı Radiy Xabirov dəvət alıblar.

Valday Beynəlxalq Müzakirə Klubu, Rusiyanın xarici və daxili siyasətinin öyrənilməsində ixtisaslaşmış tanınmış mütəxəssislərin yığıncağıdır. Klub 2004-cü ilin sentyabrında RİA Novosti, Xarici və Müdafiə Siyasət Şurası, "The Moscow Times" qəzeti, "Rusiya Qlobal İşlərdə" və "Russia Profile" jurnalların təşəbbüsü ilə yaradılıb.

Klubun ilk konfransı Velikiy Novqorod şəhərinin yaxınlığındakı yerləşən Valday gölünün ərazisində keçirildiyinə görə, Valday klubu adını almışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti