...

Millət vəkili Qarabağ əlilləri ilə görüşdü (FOTO)

Siyasət Materials 5 Oktyabr 2019 15:39 (UTC +04:00)
Xəzər Rayon İcra Hakimiyyətinin (İH), Yeni Azərbaycan Partiyası (YAP) Xəzər və Pirallahı rayon təşkilatlarının təşkilatçılığı ilə partiyanın Xəzər rayon təşkilatının qərargahında Xəzər və Pirallahı rayonlarından olan Qarabağ əliləri ilə görüş keçirilib.
Millət vəkili Qarabağ əlilləri ilə görüşdü (FOTO)

Bakı. Trend:

Xəzər Rayon İcra Hakimiyyətinin (İH), Yeni Azərbaycan Partiyası (YAP) Xəzər və Pirallahı rayon təşkilatlarının təşkilatçılığı ilə partiyanın Xəzər rayon təşkilatının qərargahında Xəzər və Pirallahı rayonlarından olan Qarabağ əliləri ilə görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə Xəzər Rayon İH-nin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov, Xəzər rayon İH-i başçısının müavini Vüqar Novruzov, Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin müdiri Firdovsi Bədəlov, Xəzər rayon Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Səfa Əliyev iştirak ediblər. Tədbirdə Xəzər rayon İH-nin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Dövlət Sosial Müdafiyə Fondunun Xəzər rayon şöbəsinin müdiri Firdovsi Bədəlov, Xəzər rayon Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Səfa Əliyev çıxış ediblər. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Qarabağ əlilərinə daima diqqət və qayğı göstərildiyini, cənab Prezidetin imzaladığı müvafiq Fərmanlarla Qarabağ əlilərinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün tədbirlərin həyata keçirildiyini qeyd ediblər.

Millət vəkili Rauf Əliyev həyata keçirilən tədbirlərin Xəzər və Pirallahı rayonlarında yaşayan Qarabağ əlillərinin sosial vəziyyətlərinin daha da yaxşıladırımasına təsirindən danışıb və bu tədbirlərin dövlət tərəfindən davamlı olaraq həyata keçiriləcəyini bildirib. Tədbirdə iştirak edən Qarabağ əlilləri onları narahat edən bir neçə ümumi məsələlərin və bir-sıra şəxsi məsələlərin həll edilməsində köməklik göstərməyi xahiş ediblər. Rayon İH-nin başçısı Elşən Salahov və millət vəkili Rauf Əliyev qaldırılan məsələlərin araşdırılacağını, həll olunacağı ilə bağlı tədbirlərin görüləcəyini və lazım olarsa əlaqədar dövlət qurumlarına müracət olunacağını bildiriblər.

Tədbirin sonunda Xəzər rayon Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyinə Xəzər rayon İH-i tərəfindən notbook hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti