...

Əli Əhmədov: Ermənistanın faşist ideologiyasına əsaslanan siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi

Siyasət Materials 14 Oktyabr 2019 13:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi.
Əli Əhmədov: Ermənistanın faşist ideologiyasına əsaslanan siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi.

Trend-in məlumatına görə, bunu “Qarabağ Azərbaycandır!” mövzusunda keçirilən konfransda Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib

Ə.Əhmədov bildirib ki, bu çıxışı ilə Prezident İlham Əliyev Ermənistan hökuməti və dövlətinin apardığı təhlükəli siyasəti ifşa etdi: “Bütün dünya birmənalı şəkildə faşizmə və faşist ideologiyasına qarşı olduğu halda Ermənistan hökumətinin belə bir siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi. Belə ki, faşist siyasəti nəticəsində dünyada 10 milyonlarla insan həlak olub. Ermənistan faşizmə əsalanan siyasət aparmaqla əslində bütün dünyaya xəyanət etmiş olur. Prezident İlham Əliyev bunu bir daha isbat etdi”.

Baş Nazirin müavini vurğulayıb ki, dövlət başçısı "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı səsləndirməklə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yeni bir yanaşmanı ortaya qoydu: “Qarabağ Azərbaycandır!" kəlməsinin əsas məna yükü ondan ibarətdir ki, Qarabağ Azərbaycan üçün olum ya ölüm məsələsini ifadə edir. Prezident bu bəyanatla Azərbaycanın qətuyyətli mövqeyini bir daha ortaya qoydu”.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin bu bəyanatını birmənalı şəkildə dəstəkləyir: “Lakin təəssüflər olsun ki, azsaylı müxalifət az qala Ermənistanın mövqeyni müdafiə edən bir yanaşma ortaya qoyur. Bu, onların milli sifətlərini tamamilə itirmələrindən xəbər verir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti