...

Türkmənistan parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Siyasət Materials 2 Noyabr 2019 09:46 (UTC +04:00)
Noyabrın əvvəlində Türkmənistan parlamenti nümayəndə heyətinin Bakıya işgüzar səfəri planlaşdırılır
Türkmənistan parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Aşqabad. Hüseyn Həsənov - Trend:

Noyabrın əvvəlində Türkmənistan parlamenti nümayəndə heyətinin Bakıya işgüzar səfəri planlaşdırılır.

Trend-in məlumatına görə, səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovla görüş nəzərdə tutulub.

Nümayəndə heyəti həmçinin ASAN xidmətin fəaliyyəti ilə tanış olacaq.

Səfər çərçivəsində qanunvericilik sahəsində təcrübə mübadiləsinə, parlamentlərarası əməkdaşlığın inkişafına yönəlik tədbir və görüşlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti