...

Pərvin Kərimzadə Gəncədə müvəqqəti məskunlaşan xankəndililərlə görüşüb (FOTO)

Siyasət Materials 22 Noyabr 2019 16:43
Milli Məclisin deputatı Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında yerləşən ofisində seçiciləri ilə görüşüb.
Pərvin Kərimzadə Gəncədə müvəqqəti məskunlaşan xankəndililərlə görüşüb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Milli Məclisin deputatı Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında yerləşən ofisində seçiciləri ilə görüşüb.

Trend-in məlumatına görə, mütəmadi olaraq seçiciləri ilə görüşən millət vəkili onları ayrı-ayrılıqda qəbul edib, problemləri, arzu və təklifləri ilə maraqlanıb.

Bu dəfə millət vəkil təmsil etdiyi dairədə yaşayan seçicilərlə yanaşı Gəncədə müvəqqəti məskunlaşan xankəndlilərlə də görüşüb. Məcburi köçkünlər yaşadıqları yatqxanada üzləşdikləri çətinliklərin həlli istiqamətində dəstək göstərilməsini deputatdan xahiş ediblər.

Səmimi şəkildə keçən görüşdə mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb. Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşan P.Kərimzadə lazımi köməklik göstərəcəyini bildirib.

Seçicilərin məşğulluq, hüquqi, tibbi yardım, sosial yönümlü məsələlərlə bağlı müraciətlərinin bəziləri isə yerindəcə həllini tapıb. Eyni zamanda araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb, digər məsələlərin icrası istiqamətində də müvafiq addımlar atılacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti