Prezident İlham Əliyev: Azərbaycanda investisiya iqlimi çox müsbətdir və qoyulan sərmayənin həcmi bunu əyani şəkildə göstərir

Prezident İlham Əliyev: Azərbaycanda investisiya iqlimi çox müsbətdir və qoyulan sərmayənin həcmi bunu əyani şəkildə göstərir

Bakı. Trend:

Azərbaycanda investisiya iqlimi çox müsbətdir və qoyulan sərmayənin həcmi bunu əyani şəkildə göstərir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə iştirak etdiyi Azərbaycan-Ukrayna biznes forumunda çıxışı zamanı deyib.

Dövlət başcısı qeyd edib: "Bu gün Azərbaycan-Ukrayna biznes forumunda Ukraynadan 90-dan çox şirkət, Azərbaycandan isə 100-dən artıq şirkət təmsil olunur. Bu rəqəmlər özlüyündə bir göstəricidir. Onu göstərir ki, belə biznes forumun keçirilməsinə böyük maraq var. Sözün düzü, çoxdandır ki, Ukrayna-Azərbaycan biznes forumları keçirilmirdi. Onu da bildirməliyəm ki, çoxdandır hökumətlərarası komissiya fəaliyyət göstərmirdi. Bu gün Prezident Zelenskinin səfəri zamanı bütün bu məsələlər geniş müzakirə olundu. Müzakirə edilən məsələlərin arasında iqtisadi-ticari məsələlər xüsusi yer tutmuşdur.

Mən hesab edirəm ki, Prezidentin səfəri bütövlükdə çox uğurludur. Biz bu gün çox geniş fikir mübadiləsi aparmışıq, bir neçə önəmli sənəd imzalanıb. Əsas odur ki, bizim aramızda yaranan qarşılıqlı etimad, əminəm ki, Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli rol oynayacaq.

O ki qaldı iqtisadi əlaqələrə, burada istifadə olunmamış çox böyük potensial var. Bu gün biz bu barədə fikir mübadiləsi apardıq, gördük ki, bu il ticarət dövriyyəsinin artmasına baxmayaraq, mütləq rəqəmlər bizi qane edə bilməz. Xüsusilə Azərbaycanın Ukraynaya ixracı birtərəflidir, yəni bu, enerji daşıyıcıları əsasında formalaşır. Biz çox istərdik ki, Ukraynaya ixracımızı şaxələndirək və bu məqsədlə bir neçə addım atılmışdır, o cümlədən keçən il Kiyevdə Azərbaycanın ticarət evi açılmışdır. Hesab edirəm ki, belə ticarət evlərinin sayı çox olmalıdır və bu gün Bakıda Ukraynanın ticarət mərkəzi açılmışdır. Bu da çox gözəl hadisədir.

Beləliklə, qarşılıqlı ticarətin təşviqi üçün çox önəmli addımlar atılacaq. Eyni zamanda, hesab edirəm ki, biz sərmayə qoyuluşu məsələlərində yeni mərhələyə qədəm qoya bilərik. Son 15 il ərzində Azərbaycana 270 milyard dollar sərmayə qoyulubdur. Bu sərmayənin yarısı xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmizdə çox gözəl investisiya iqlimi vardır, xarici investorların maraqları və buraya qoyulan vəsait dövlət tərəfindən qorunur. Ukraynada da investisiya iqlimi yaxşılaşır. Biz bunu görürük və böyük investisiyalarla, özəlləşdirmə ilə bağlı böyük planlar var. Bu barədə biz Prezidentlə danışdıq, hesab edirəm ki, Azərbaycan şirkətləri müxtəlif investisiya layihələrində fəal iştirak etməlidirlər. Biz razılaşdıq ki, gələn ilin əvvəlində Ukraynada hökumətlərarası birgə komissiyanın iclası keçiriləcək. Biz bu komissiyanın iclasına ciddi hazırlaşmalıyıq. İclasda həm dövlət qurumlarının, həm də özəl sektorun nümayəndələri iştirak etməlidirlər. Bu komissiyanın işinin konkret nəticələri olmalıdır və ondan sonra bizə məruzə edilməlidir.

Biznes dairələri çox həssasdır. Onlar adətən sərmayə qoyuluşu məsələlərinə çox böyük həssaslıqla, ehtiyatla yanaşırlar və dövlət qurumlarından müvafiq siqnallar gözləyirlər. Hesab edirəm ki, bizim Prezident Zelenski ilə bu biznes forumda birgə iştirakımız biznes dairələrinə ən gözəl siqnaldır. Hesab edirəm ki, onlar da bunu düzgün başa düşməli və nəticə çıxarmalıdırlar. Nəticə də o olmalıdır ki, bizim iqtisadi əlaqələrimiz daha sıx olsun. Əməkdaşlıq üçün çox geniş imkanlar vardır. Mən sərmayə qoyuluşunu qeyd etdim, eyni zamanda, həm Azərbaycanda, həm də Ukraynada turizm sahəsində böyük imkanlar var. Bizim ölkələrimizin çox zəngin, füsunkar təbiəti, inkişaf etmiş infrastrukturu var, ona görə bu sahəyə də diqqət yetirilməlidir.

Kənd təsərrüfatında əməkdaşlıq uğurla davam etdirilə bilər. Bugünkü əməkdaşlığın səviyyəsi, əlbəttə ki, bizi qane edə bilməz. Bütövlükdə bütün sahələrdə biz əməkdaşlığa açığıq və hesab edirəm ki, səfərin bu məsələlərin həllində çox önəmli rolu olacaqdır.

O ki qaldı Azərbaycanda iqtisadi vəziyyətin inkişafına, ukraynalı qonaqlara bildirməliyəm ki, - artıq bunu qeyd etdim, - ölkəmizdə investisiya iqlimi çox müsbətdir və qoyulan sərmayənin həcmi bunu əyani şəkildə göstərir. Son 15 il ərzində Azərbaycanda iqtisadi artım çox sürətlə gedib, deyə bilərəm ki, iqtisadiyyat üç dəfədən çox artmışdır. Yəni, ümumi daxili məhsul 300 faizdən çox artmışdır və əlbəttə, bu, imkan verdi ki, biz həm iqtisadi gücümüzü artıraq, həm də infrastruktur layihələrini icra edək. Əgər 15 il bundan əvvəl yoxsulluq təxminən 50 faiz səviyyəsində idisə, bu gün bu, 5 faiz səviyyəsindədir. Yəni, bu, onu göstərir ki, təbii resurslardan əldə edilmiş gəlirlər cəmiyyətdə bərabər şəkildə bölünür və cəmiyyətin hər bir təbəqəsi bundan fayda görür.

Bu il biz çox ciddi sosial paket təqdim etdik. Əhalimizin təxminən yarısı – 4 milyon 200 min nəfər geniş sosial paketlə əhatə olundu, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər isə 100 faiz artırıldı və Azərbaycan dövləti öz siyasətinin mahiyyətini bir daha göstərdi. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və biz əldə edilmiş əlavə gəlirləri ilk növbədə sosial layihələrə yönəldirik. Eyni zamanda, təbii ki, infrastruktur layihələri də önəmli yer tutur.

Biznes mühitini xarakterizə etmək üçün bildirməliyəm ki, Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Bu, o deməkdir ki, geniş özəlləşdirmə prosesi artıq tamamlanmaq üzrədir. Dövlətin inhisarında yalnız strateji aktivlər qalıbdır. Məsələn, Dövlət Neft Şirkəti - bizim enerji şirkətimiz, su şirkətimiz, yol tikintisi şirkəti, dəmir yolu, Xəzər Gəmiçiliyi, AZAL - bizim hava yolları və bir neçə başqa şirkət. Onlardan başqa bizim bütün digər qurumlarımız özəl sektorda fəaliyyət göstərir və əlbəttə ki, bu, xarici investorlar üçün də çox gözəl iqlim yaradır.

Son dövrlərdə vergi və gömrük orqanlarında aparılan islahatlar bu sahələrdə öz nəticəsini verməkdədir. Ölkəmizdə bu sahələr çox problemli sahələr idi. Amma son bir neçə il ərzində çox ciddi islahatlar aparıldı və artıq bu sahələr şəffaflaşdı və biznes dərhal müsbət reaksiya verdi. Bu ilin 11 ayında vergi və gömrük orqanları xəzinəyə plandan əlavə təqribən 600 milyon dollar vəsait daxil etmişlər. Xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada doqquzuncu yerdədir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Yəni, biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Bu yaxınlarda Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatına görə Azərbaycan təmiz donor ölkəsinə çevrilibdir. Yəni, biz indi borc alan ölkə deyil, borc verən ölkəyik. Biz özümüz də xarici ölkələrə sərmayə qoyuruq. Bu sərmayələr 20 milyard dollardan artıqdır. Bizim təşəbbüsümüzlə bölgədə çox önəmli enerji və nəqliyyat layihələri həyata keçirildi. Bu layihələrin həyata keçirilməsində xarici banklar, Avropa bankları, Asiya bankları bizə öz maliyyə dəstəyini göstərdi. Biz bu dəstək və daxili resurslarımız hesabına Xəzər dənizini neft kəmərləri ilə Qara dəniz və Aralıq dənizi ilə birləşdirdik. Eyni zamanda, Azərbaycandan Avropaya uzanan 3 min 500 kilometrlik qaz xətti artıq tamamlanmaq üzrədir. Gələn il biz bunun açılışını qeyd edəcəyik və beləliklə, Azərbaycan nəinki neft ixracatçısı, eyni zamanda, qaz ixracatçısı kimi dünyada öz sözünü deyəcək.

Bununla paralel olaraq biz artıq elektrik enerjisini də ixrac edirik, o cümlədən Avropaya. Artan enerji generasiya güclərimiz imkan yaradır ki, - təbii ki, biz daxili tələbatımızı ödəmişik, - başqa ölkələrin enerji təhlükəsizliyinə də töhfə veririk.

Bu gün müzakirə olunan məsələlərdən biri də nəqliyyatla bağlıdır və burada da əməkdaşlıq üçün çox geniş imkanlar var. Biz Ukraynanın nəqliyyat infrastrukturunu Azərbaycanın nəqliyyat infrastrukturu ilə birləşdirə və vahid tarif siyasəti apara bilsək, hesab edirəm ki, ölkələrimizin ərazisindən keçən yükdaşımaların həcmi kəskin artacaq. Biz keçən ilə nisbətən artımı görürük, ancaq hesab edirik ki, bu, daha da təsirli ola bilər.

Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Amma buna baxmayaraq, biz çox böyük investisiya layihələri ilə Azərbaycanı beynəlxalq nəqliyyat-logistika mərkəzlərindən birinə çevirdik və ərazimizdən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim bu rolumuzu artırır. Bu layihələr sonrakı digər layihələrə də təkan verdi, o cümlədən Şimal-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizi layihələri. Yəni, bütün bu yollar Azərbaycan ərazisindən keçir. Bu layihələr sırf iqtisadi və nəqliyyat layihələri deyil, geniş mənada beynəlxalq əməkdaşlığa da öz töhfəsini verir. Çünki bu dəhlizlər üzərində yerləşən ölkələr təbii müttəfiqlər statusuna qalxırlar. Beləliklə, bu layihələr, o cümlədən təhlükəsizliyə, əmin-amanlığa, qarşılıqlı anlaşmaya da xidmət göstərir. Hesab edirəm ki, bütün bu müsbət əsasları nəzərə alaraq biz qısa müddət ərzində həm ticarət dövriyyəmizi artıra, həm də böyük sərmayə qoyuluşu layihələrini icra edə bilərik. Beləliklə, bu biznes forumun konkret nəticələri olacaqdır. Biz bunu arzulayırıq, buna inanırıq. Azərbaycan və Ukrayna iş adamlarına uğurlar arzulayıram. Sağ olun".

Müşahid Hüseyn Seyyid: “Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”
Müşahid Hüseyn Seyyid: “Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”
Brayza: KTMT Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir
Brayza: KTMT Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir
Piter Teys: Ermənistan rəhbərliyinin təhrikedici açıqlamaları Dağlıq Qarabağ münaqişəsi ətrafındakı gərgin vəziyyəti daha da çətinləşdirir
Piter Teys: Ermənistan rəhbərliyinin təhrikedici açıqlamaları Dağlıq Qarabağ münaqişəsi ətrafındakı gərgin vəziyyəti daha da çətinləşdirir
Loading Bars
Xəbər lenti
UNEC brendi 10 ölkədə tanındı
Sentyabrın 22-də xarici valyutaların manata qarşı məzənnələri
BNA: Nasaz avtomobillər Bakı küçələrində tıxaclar yaradır (FOTO)
Xırdalanda su olmayacaq
BMT-nin iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bir daha dünyada söz sahibi olduğunu göstərdi - Deputat
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Xaçmazda meyvə tingləri yanıb
Samux rayonunda ev yanıb
Qazaxıstanda koronavirusa daha 67 nəfər yoluxub
Azərbaycan və İran arasında birgə sənaye parkı bölgənin inkişafına səbəb olacaq
ABŞ Nikolas Maduro və İran Müdafiə Nazirliyinə qarşı sanksiya tətbiq etdi
Hindistan Baş naziri BMT-də islahatlar aparmağa çağırıb
Braziliyadakı tələbələr üçün “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” mövzusunda mühazirə oxunub (FOTO)
Dünyada həftə ərzində 2 milyona yaxın insan koronavirusa yoluxdu
Moskvada koronavirusdan daha 15 nəfər ölüb
Futbol üzrə İtaliya çempionatında "Milan" "Bolonya"yı məğlub edib
Türkiyədə koronavirusdan sağalanların sayı 268 min nəfəri ötüb
Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır - FAKTLAR
Mövlud Çavuşoğlu: Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq
Paşinyanın yeni müharibə planı - Beynəlxalq ekspertlərin rəyləri
Departament rəhbəri: İqtisadi artım və inkişaf ölkəmizin əsas hədəflərindəndir
Türkiyənin Milli Müdafiə Nazirliyi: Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır
Ombudsman Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Müşahid Hüseyn Seyyid: “Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”
Qubada ot tayalarında baş verən yanğınla bağlı araşdırılma aparılır
I-IV siniflər üzrə 7 868 şagirdin valideyni övladını məktəbə göndərməkdən imtina edib
Bakıda koronavirus aşkar edilməsi səbəbindən 4 sinif distant formaya keçirilib
Qubada bir kənddə 8 müəllim koronavirusa yoluxub
Rəcəb Tayyib Ərdoğan: Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir
Yeni tədris ilində 95 şagird və 26 işçi heyət koronavirusa yoluxub - Rəsmi
Azərbaycanda startapların inkişafı sahəsində əsas prioritet strategiyaların hazırlanması olacaq
İranlı hüquşünas: Ermənistanın hərəkətləri beynəlxalq sülhə və hüquqa təhdiddir
Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfəri davam edir (FOTO) (ƏLAVƏ OLUNUB)
Xaricidə təhsildə ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi qaydalarında dəyişiklik edilib
Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiqlənib
Təhsil Nazirliyi: Tarix elmi ilə heç bir əlaqəsi olmayan şəxslər tərəfindən təxribat xarakterli məlumat yayılıb
Sentyabrın 22-si üçün teledərslərin cədvəli açıqlanıb
Azərbaycan Prezidenti: Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq
Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır
İspaniya hökuməti koronavirusla mübarizə çərçivəsində Madridə hərbçiləri cəlb edəcək
Azərbaycan Prezidenti: Ermənistanın rəsmi ideologiyasında gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır
Prezident İlham Əliyev: Ermənistan mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir
Azərbaycan Prezidenti: Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır
Azərbaycan bu il 76.6 milyon dollarlıq pambıq lifi ixrac edib
Prezident İlham Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır
Prezident İlham Əliyev: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır
Ombudsmanın regional mərkəzləri Beynəlxalq Sülh Günü ilə bağlı videokonfranslar keçirib
Prezident İlham Əliyev: Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir
Azərbaycan Prezidenti: Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir
Prezident İlham Əliyev: Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir
ABB “EY İlin İş Adamı™” müsabiqəsinə yenidən dəstək verir
Azərbaycan Prezidenti: Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir
Azərbaycan Prezidenti: BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir
Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı var
Dövlət Xidməti: Ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir
BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib - Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib (FOTO)
ADU-da “Peşəkar, qeyri-peşəkar, həvəskar tərcümənin fərqlilikləri” mövzusunda onlayn elmi konfrans keçirilib (FOTO)
Sabunçuda baş verən yanğın nəqliyyatın hərəkətində sıxlıq yaradıb
Sabunçuda açıq ərazidə başlayan yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Gömrük modernləşdirilməsi - məsləhətləşmə layihəsi ilə bağlı onlayn iclas keçirilib (FOTO)
Səfirlik: Azərbaycanla ticarət-iqtisadi əlaqələrin inkişafı Gürcüstan hökumətinin vacib prioritetidir
"Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib
"Milli Şura" və AXCP-nin qeybətxana şousu: Bu dəfə Əli Kərimlinin saxtakarlığı ifşa edilir (VİDEO)
Xarici KİV-lər Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb
Azərbaycanda 92 nəfər koronavirusa yoluxdu, 81 nəfər sağaldı, 1 nəfər vəfat etdi
II mərhələ üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
Əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı azaldıldı - FƏRMAN
Artıq PAŞA Bank müştəriləri olan kiçik və orta sahibkarlar Tender qarantiyasını almaq üçün Onlayn Bankdan müraciət edə bilərlər
DİM GRE: General Test imtahanı keçirəcək
Açıq şəkildə satılan çörək-bulka məmulatları ilə bağlı AQTA-dan açıqlama
AZAL Naxçıvana reyslərin sayını artırır
Sentyabrın 22-də manatın dollara qarşı məzənnəsi
Brayza: KTMT Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir
Xızıda dayı bacısı oğlunu bıçaqladı
Carlsberg Azerbaijan və UAFA “toksik trio”nun gənclərə təsirini araşdırmaq üçün sosial tədqiqat aparmışlar (FOTO)
Bakıda Qazaxıstanın Ticarət Evi açılacaq
Namiq Abdullayev yığma komandanın baş məşqçisi təyin edilib
Şəhid çavuş dəfn edildi (FOTO) (ƏLAVƏ OLUNUB)
Deputat: Ermənistanın əl atacağı növbəti təxribat bu ölkə üçün çox ağır nəticələrə gətirib çıxaracaq
Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Balakən rayonunda keçirilib (FOTO)
Millət vəkili Nizami rayon sakinləri ilə görüşləri davam etdirir (FOTO)
Azərbaycan və Macarıstan arasında bir sıra sahələr üzrə sazişlər təsdiqləndi
Lənkəranda regional turizm idarəsi açılır
Naqif Həmzəyev: Ermənistanın avantürist, məkrli planı tezliklə puç olacaq
Piter Teys: Ermənistan rəhbərliyinin təhrikedici açıqlamaları Dağlıq Qarabağ münaqişəsi ətrafındakı gərgin vəziyyəti daha da çətinləşdirir
Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair Təhsil Nazirliyindən açıqlama
“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib (FOTO)
ÜST koronavirus vaksininə görə Rusiyaya təşəkkür edib
“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
Rusiyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib
YAP Gənclər Birliyi erməni təxribatı ilə bağlı bəyanat yayıb
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi bəyanatlar Rusiya KİV-lərinin diqqət mərkəzindədir (FOTO)
Daha 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu (FOTO)
Prokurorluq “Royal Park”da baş verən ölüm hadisəsilə bağlı məlumat yaydı
İranda 177 nəfər koronavirusdan ölüb
Azər Türk Bank “Mərkəz” filialını yeni konsepsiyada qurur
DİM kollecə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib
İnternet üzərindən satış edirsiniz, lakin nağdsız ödəniş qəbul etmək üçün POS terminal, vebsayt və ya mobil əlavəniz yoxdur?
Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub
Bütün xəbərlər