Bakı. Trend:
Sabah Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirləri arasında üçtərəfli formatda sayca səkkizinci görüş keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə müxtəlif sahələrlə bağlı cari məsələlər müzakirə ediləcək. Əsas diqqətin isə üç ölkə arasında nəqliyyat və energetika sahələrində əməkdaşlıq əlaqələrinə ayrılacağı qeyd olunub. Üçtərəfli görüş çərçivəsində Xarici İşlər nazirlərinin ortaq bəyanatı imzalanacaq.
Azərbaycan və Türkiyənin Xarici İşlər nazirlərinin səfəri çərçivəsində Gürcüstanın icra və qanunverici orqanlarının nümayəndələri ilə görüşləri planlaşdırılır.