...

Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib

Siyasət Materials 20 Yanvar 2020 17:03 (UTC +04:00)
Əzizlərini, ailə üzvlərini və ya dostlarını itirənlər düşüncələrimizdədir
Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib

Bakı. Trend:

Fransanın Azərbaycandakı səfiri Zakari Qros 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Trend-in xəbərinə əsasən, bununla əlaqədar Fransanın Azərbaycandakı Səfirliyinin "Facebook" səhifəsində məlumat yerləşdirilib.

"1990-ci il Yanvar faciəvi hadisələrinin 30-cu ildönümü anım günündə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm və xüsusilə əzizlərini, ailə üzvlərini və ya dostlarını itirənlər düşüncələrimizdədir", - deyə səfir bildirib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti