...

Zabit Səmədov Tamam Cəfərovaya dəstək məqsədilə Şamaxıda gənclərlə görüşüb (FOTO/VİDEO)

Siyasət Materials 1 Fevral 2020 21:10 (UTC +04:00)
Görüşdə Tamam Şaməmməd qızı Cəfərovanın seçki platformasında əks olunan gənclərlə bağlı görüləcək mühim işlərdən danışılıb
Zabit Səmədov Tamam Cəfərovaya dəstək məqsədilə Şamaxıda gənclərlə görüşüb (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanın dünya şöhrətli idmançısı Zabit Səmədov 85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərovaya dəstək məqsədilə Şamaxıda gənc idmançılarla görüşüb.

Trend-in məlumatına görə, görüşdə Tamam Şaməmməd qızı Cəfərovanın seçki platformasında əks olunan gənclərlə bağlı görüləcək mühim işlərdən danışılıb.

Zabit Səmədov 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində Şamaxı sakinlərini deputatlığa namizəd Tamam Cəfərovaya dəstək olmağa çağırıb.

Görüşdə tanınmış müğənni, bəstəkar Ramal İsrafilov da iştirak edib və o da öz növbəsində şamaxılıları növbədənkənar parlament seçkilərində deputatlığa namizəd Tamam Cəfərovaya səs verməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti