...

Azərbaycan-Norveç əlaqələri müzakirə olunub

Siyasət Materials 10 Fevral 2020 17:48 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Vyanaya səfəri çərçivəsində Norveçin Xarici İşlər naziri İne Eriksen Söreyde ilə görüşüb.
Azərbaycan-Norveç əlaqələri müzakirə olunub

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Vyanaya səfəri çərçivəsində Norveçin Xarici İşlər naziri İne Eriksen Söreyde ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Norveç əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və təşkilatlarda namizədliklərin dəstəklənməsi məsələsini müzakirə ediblər.

Görüş zamanı tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti