...

Bəzi tibbi ləvazimatların idxalı ƏDV-dən azad olundu - FƏRMAN

Siyasət Materials 27 Mart 2020 16:57 (UTC +04:00)
Bəzi tibbi ləvazimatların idxalı ƏDV-dən azad olundu - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"na əlavələr edilib. Belə ki, baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı əlavə dəyər vergisindən azad olunub.

Fərman cari il iyunun 1-dək qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti