...

Sübut Əsədov: Tofiq Yaqublunun həbsini siyasiləşdirmək yolverilməzdir

Siyasət Materials 28 Mart 2020 10:50 (UTC +04:00)
Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Sübut Əsədov: Tofiq Yaqublunun həbsini siyasiləşdirmək yolverilməzdir

Bakı. Samir Əli - Trend:

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsini siyasiləşdirmək yolverilməzdir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.

O bildirib ki, hər bir şəxs Azərbaycan qanunları qarşısında bərabərdir:

"Əgər kimsə hansısa cinayəti törədibsə, ona görə cavab verməlidir. Azərbaycan hüquqi dövlətdir. Yəqin ki ölkənin hüquq-mühafizə orqanları hadisəni araşdıracaq və məsələyə hüquqi qiymət verəcək. Məsələni siyasiləşdirən həmin şəxslər prosesi izləyəcək, nəticənin şahidi olacaqlar. Hesab edirəm ki, Azərbaycanda qanunlar kifayət qədər işləyir, məsələ qanunla araşdırılacaq. Əgər Tofiq Yaqublu günahsızdırsa, azad olunacaq. Amma onu deyim ki, istər müxalifət nümayəndəsi olsun, istər iqtidar, bu məsələnin şişirdilməsi yolverilməzdir. Hansısa partiya mənsubiyyəti olması, həmin şəxsi törətdiyi cinayətin məsuliyyətindən azad etmir. Azərbaycanda qanun hamı üçün eynidir. Əgər cinayət törətmisənsə, kimliyindən asılı olmayaraq cavab verməlisən".

Xatırladaq ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirləndirilən şəxs paytaxt sakini Tofiq Yaqublunun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti