...

Azərbaycan XİN Gürcüstana həmrəylik mesajına görə təşəkkür edib (FOTO)

Siyasət Materials 16 Aprel 2020 22:25 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstana həmrəylik mesajına görə təşəkkür edib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin “Twitter” səhifəsində edilən paylaşımda qeyd edilir:

“Tbilisidə televiziya qülləsini Azərbaycan bayrağının rəngləri ilə işıqlandıraraq Gürcüstan Azərbaycanla həmrəylik nümayiş etdirib. Təşəkkür edirik, dost Gürcüstan!”.

Qeyd edək ki, Gürcüstanın paytaxtı Tbilisidəki televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Axşam saatlarından televiziya qülləsi göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti