Vüqar Rəhimzadə: Bir illik hakimiyyətləri dövründə AXC-Müsavat cütlüyü yalnız dövlətə, xalqa xəyanəti, millətə zülm verməsi ilə yadda qalıb

Vüqar Rəhimzadə: Bir illik hakimiyyətləri dövründə AXC-Müsavat cütlüyü yalnız dövlətə, xalqa xəyanəti, millətə zülm verməsi ilə yadda qalıb

Bakı. Trend:

AXCP-də diktatura hökm sürür, partiyanın sədri Əli Kərimli isə avtoritar düşüncəyə malikdir. AXCP-dən istefa verən şəxslərin hamısı Əli Kərimlinin partiya daxilində avtoritarizm yaratması, azad sözü boğması, tənqidə və fərqli fikrə dözümsüz yanaşması barədə danışırlar. Sıravi cəbhəçilər belə bildirirlər ki, bu partiyada hər kəs yalnız Əli Kərimlinin şəxsi maraqlarına xidmət edir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında söyləyib.

O bildirib ki, AXCP sədri Əli Kərimlinin bir qayda olaraq mənəviyyatsız üsullarla mübarizə aparması artıq heç kimə sirr deyil. “Demokrat” donuna bürünərək min bir oyundan çıxan Əli Kərimlinin çirkin əməlləri ilə bağlı kifayət qədər həqiqətlər ortadadır:

“Zaman-zaman AXCP-dən istefa verən cəbhəçilər də öz üzdəniraq “liderləri”nin çirkin xislətindən, xəyanətkar əməllərindən və anti-milli fəaliyyətindən dəfələrlə söz açıblar. Doğrudur, bu antimilli ünsür formal olaraq AXCP sədri olsa da, o, bu gün xalq arasında daha çox bloger funksiyasını yerinə yetirən qaragüruhçu kimi tanınır. “Osmanqızı” və “Azərbaycan saatı” kanallarından başqa çox nadir hallarda başqa "Youtube" tv-lərə müsahibə verən bu anti-milli ünsür yalnız və yalnız ictimai rəyi çaşdırmağa, siyasi dividend əldə etməyə və əlbəttə ki, xarici qrant təşkilatlarının diqqətini çəkməyə çalışır”.

“Bu gün yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, bədnam AXC-Müsavat cütlüyünün hakimiyyəti ölkəni bərbad vəziyyətə salmışdı və bu, orduda daha acınacaqlı hal almışdı”, - deyən Vüqar Rəhimzadə əlavə edib ki, ordunun maddi-texniki təminatı, hərbi arsenalı yox idi, ordunun döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi:

“Ön cəbhədə döyüşlərin getdiyi bir vaxtda arxa cəbhədə vəzifə davası aparılır, siyasi və silahlı qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Ordunun daxilindəki müxtəlif birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idilər. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri ön cəbhədən-döyüş bölgəsindən geri çəkərək Bakıya gətirir, siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər. Cəbhədə döyüşlərin getdiyi vaxt Surət Hüseynovun, İsgəndər Həmidovun, Rəhim Qazıyevin və digərlərinin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdiyini, insanlara divan tutduğunu, vəzifə bölgüsündə daha çox pay qoparmaq üçün paytaxtı hərbi poliqona çevirdiklərini xalq unutmayıb. Ordu Bakıda vəzifə davasında iştirak etdiyi həmin dövrdə isə ön cəbhə müdafiəsiz qalmışdı. Nəticədə erməni işğalçıları Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da işğal etməyə nail oldular”.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, dil pəhləvanı olan qaragüruhçu Əli Kərimlinin bütün pafoslu çıxışları yalan və böhtan üzərində qurulur, özü kimi simasızların qondarma “internet televiziyalarında” hər dəfə mənəviyyatsızlığını bir daha ortaya qoyur:

“Onun moizələrinə qulaq asan və 1992-1993-cü illərdən bixəbər olan insana elə gələ bilər ki, guya həmin dövr ölkəmizdə ən uğurlu və xoşbəxt illər olub. Guya ölkədə bütün sahələrdə inkişaf, güclü iqtisadiyyat, yüksək rifah və s. təmin olunubmuş. Lakin sual olunur ki, əgər belə idisə, niyə AXC hakimiyyəti cəmi 1 il davam gətirə bildi? Niyə Qarabağ ermənilərdən təmizlənmədi, siyasi-iqtisadi islahatlar aparılmadı, ölkədə vətəndaş müharibəsi və separatizm meyilləri tüğyan etməyə başladı? Əslində isə həmin 1 il ərzində AXC-Müsavat cütlüyünün ölkəni hansı vəziyyətə saldığı hər kəsə məlumdur. Heç kəsə sirr deyil ki, Sovet İttifaqının süqutundan əvvəl və sonrakı dövründə Azərbaycanda tüğyan edən hərc-mərclik ərazilərimizin bir hissəsinin erməni işğalı ilə üz-üzə qoymuş, digər hissəsində isə bu işğal yerli məmur özbaşınalığı ilə əvəzləmişdi ki, nəticədə xaos, anarxiya yaranmış, ölkə hərtərəfli böhrana sürüklənmişdi. Bu zaman hakimiyyəti əldə saxlamaq, eyni zamanda, Azərbaycana rəhbərlik etmək uğrunda mübarizə aparan diletant siyasətçilər ölkəni düşmənə peşkəş etməyə hazır olmaqla kifayətlənmir, əllərində olan bütün imkanlardan, o cümlədən qanunsuz silahlı birləşmələrdən maksimum səviyyədə yararlanmaqla dövlət mülkiyyətini talayırdılar. Bu cür dağıdıcı siyasət AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə daha da dərinləşmiş, Azərbaycan iqtisadiyyatı defolt həddə çatmışdı.

1991-ci ildən başlayaraq ölkə iqtisadiyyatında ümumi daxili məhsul istehsalı hər il orta hesabla 16,5 faiz azalmış, istehsal potensialının üçdəiki hissəsi sıradan çıxmışdı. Ümumi xarakterizə etsək, bu dövrdə ölkə iqtisadiyyatının həcmi 1989-cu ilin müvafiq göstəricisinin 20 faizini təşkil edirdi. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təskil etmişdi ki, nəticədə sonrakı illərdə bu rəqəm özünün ən yüksək həddinə - 1763,5 faizə çatmışdı. Bu dövrdə ölkə iqtisadiyyatına demək olar ki, xarici sərmayə qoyulmamışdı. Məhz bu səbəblərə görə issizlik səviyyəsi xeyli artmışdı. 1991-ci ildən baslayaraq 4 il ərzində əməkhaqqı 5,7 dəfə azalmışdı.

Həmin dövrdə nə ordudan, nə də hərbi uğurlardan danışmaq mümkün idi. Ölkədə ordu əvəzinə, çoxsaylı silahlı qruplaşmalar mövcud idi. Vəzifə davası aparan hər kəs bir batalyon saxlayırdı. Ön cəbhədəki uğursuzluqlar da öz yerində. Həmin dövrdə orduda vahid komandanlıqdan isə söhbət belə gedə bilməzdi. Bunun da nəticəsi olaraq erməni hərbi birləşmələri və onların havadarları tərəfindən torpaqlarımızın işğalının qarşısını almaq mümkün olmurdu. Ölkə daxilindəki xaosun, anarxiyanın, mənəm-mənəmliyin məntiqi nəticəsi olaraq Dağlıq Qarabağla yanaşı, Kəlbəcər kimi strateji əhəmiyyətli rayon AXC hakimiyyətinin günahı ucbatından əldən verildi. Ön cəbhədə, orduda olan belə bir acınacaqlı şəraiti aradan qaldırmaq, ölkəni düşdüyü dramatik situasiyadan çıxarmaq əvəzinə, paytaxtda hakimiyyətdaxili mübarizə gündən-günə qızışırdı. Bu mübarizədə ön cəbhədə dislokasiya olunmuş silahlı birləşmələrin Bakıya cəlb edilməsi isə işğalçı ordunun əl-qolunu açırdı. Nəticədə AXC hakimiyyətinin hərbi sahədəki “nailiyyətləri” ona gətirib çıxardı ki, ermənilər ölkənin ümumilikdə 20 faiz ərazisini işğal etdilər.

O zaman hakimiyyətdə olan qüvvənin apardığı siyasət nəticəsində ölkə iqtisadiyyatı çökdürülür, büdcə talanırdı. Ölkədə bütün sahələrdə olduğu kimi, iqtisadi sferada da korrupsiya və rüşvətxorluq baş alıb gedirdi. Milyonlarla manatın toplandığı Ləl-Cəvahirat Fondunun vəsaitləri belə mənimsənilmişdi. İş o yerə çatmışdı ki, Elçibəy öz məmurlarına üzünü tutub "rüşvəti alanda elə edin ki, kommunistlərin atasına rəhmət oxutdurmayın" demişdi.

Ölkənin siyasi sistemində də vəziyyət acınacaqlı idi. AXC demokratik şüarlarla hakimiyyətə gəlsə də, tezliklə avtoritar xarakterini ortaya qoydu. Müxalif sözə, tənqidə dözümsüzlük nümayiş etdirdi. Ölkədə plüralizm boğulmağa başladı. Həmin dövrdə jurnalistlərin yüksək vəzifəli məmurlar tərəfindən döydürülməsi, onların həbs edilməsi, müxalifət nümayəndələrinin fəaliyyətinə maneçilik törədilməsi, onların təhqirə məruz qalmaları, qərargahlarının dağıdılması adi hala çevrilmişdi. Söz azadlığının boğulması müstəqil qəzetlərə edilən təzyiqlərdə özünü göstərirdi. Məsələn, qəzet redaksiyalarına edilən basqınlar, jurnalistlərə edilən fiziki təzyiqlər bunun bariz nümunəsidir.

Bir sözlə, bir illik hakimiyyətləri dövründə AXC-Müsavat cütlüyü yalnız dövlətə, xalqa xəyanəti, millətə zülm verməsi, insanları aclıq imtahanına çəkməsi, vətəndaş müharibəsi törətməsi, separatizmi alovlandırması və s. ilə yadda qaldı”.

Vüqar Rəhimzadə söyləyib ki, bütün bunlar qısası Əli Kərimli və onun kimilər üçün daha bir tarixi xatırlama dərsi olmalıdır. Çünki Əli Kərimli və onun ətrafındakılar vaxtilə milləti aclıqla imtahana çəkən Vətən xainləri, xalq düşmənlərdir.

Ermənistanda koronavirusdan ölənlərin sayı 942 nəfərə çatıb
Ermənistanda koronavirusdan ölənlərin sayı 942 nəfərə çatıb
İsveçrədə futbolçuları ildırım vurub
İsveçrədə futbolçuları ildırım vurub
Qazaxıstanda koronavirusa yoluxanların sayı 107 450 nəfərə çatıb
Qazaxıstanda koronavirusa yoluxanların sayı 107 450 nəfərə çatıb
Loading Bars
Xəbər lenti
Medianews.az saytının 8 yaşı tamam olur
Pakistanlı ekspert: Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi altında daha mütərəqqi təşkilata çevrilir
Erməni deputat: Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini dalana dirəyib
Sahibə Qafarovanın Sergey Lavrovla görüşü başlayıb
Unibankdan biznesinizə daha bir dəstək: Onlayn əməkhaqqı layihəsi!
Ermənistanda koronavirusdan ölənlərin sayı 942 nəfərə çatıb
Bakıda havaya və evin pəncərəsinə atəş açan şəxs saxlanılıb
Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzidir (FOTO)
UNEC ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında Memorandum imzalanıb
Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi (FOTO)
Tarixçi: Ermənilər Azərbaycanın qədim alban və xristian abidələrini məhv edirlər
Naqif Həmzəyev partiya fəalları ilə görüşüb (FOTO)
Gələn ay əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanacaq
Zədələnmiş ön çarpaz bağının bərpası mütləqdirmi?
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik
Bakı Slavyan Universitetində növbəti elektron modullar istifadəyə verilib
Tovuzda 1 şəhər və 4 kəndi əhatə edən yolların yenidən qurulması yekunlaşır (FOTO)
Gürcüstandan Azərbaycana külli miqdarda siqaret keçirənlər saxlanıldı
Komitə xaricdə yaşayan azərbaycanlılara müraciət edib
İsveçrədə futbolçuları ildırım vurub
Milli Məclisin sədri: Ümid edirik ki, Rusiya münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək
Peşə təhsili ilə bağlı Apellyasiya Komissiyası yaradılıb
Azərbaycanla Ukrayna arasında uçuşlara bilet satışı başlayıb
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
Kolleclərə qəbul olmaq istəyənlər üçün keçid balları açıqlandı
Spiker: Suriya və Livan qaçqınlarının Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması narahatlıq doğurur
Bakıda "Qalaaltı" kafesində qətl törədən şəxsin işi məhkəməyə göndərildi
Sahibə Qafarova: "Kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi çox təhlükəlidir (YENİLƏNİB) (FOTO)
Bakıda fəhlə evin üstündən yıxılıb öldü
Bacısını öldürən şəxs barədə həbs qərarı verildi
Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür
Qubada atasını xüsusi amansızlıqla öldürən yeniyetmənin məhkəməsi başlayır
Sabunçuda qazanxana yanıb
Milli Parkda elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb
Yeni Peşə Təhsil Mərkəzi gələcəkdə iş probleminizi həll edəcək
Sumqayıtın bəzi yerləri susuz qalacaq
Eko-Radar bölməsinə daxil olan şikayət araşdırılıb
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Sentyabrın 23-də xarici valyutaların manata qarşı məzənnələri
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
ÜST: Uşaqlarda koronavirusa yoluxma göstəricisi ümumi yoluxmanın 8.5 %-ni təşkil edir
Qazaxıstanda koronavirusa yoluxanların sayı 107 450 nəfərə çatıb
Qazaxıstanlı politoloq: Bakı mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu Qafqaz üçün vacib təşəbbüsdür
Şabranda e.ə. IV minilliyə aid olan yeni tapıntılar aşkarlanıb (FOTO)
Bakıda ikimərtəbəli binada yanğın olub
Braziliyada bir gündə koronavirusa 33 mindən çox insan yoluxub
Azərbaycanın Rusiyadakı Səfirliyi Dağıstanda saxlanılan vətəndaşlarımızın hüquqlarının qorunması üçün bütün mümkün addımları atır
Volodin Moskvada Sahibə Qafarova ilə danışıqlar aparacaq
Yaponiya oktyabr ayında xaricilər üçün ölkəyə girişi qismən açmaq niyyətindədir
ABŞ vitse-prezidentinin təyyarəsi quşla toqquşmadan sonra hava limanına dönüb
İsraildə koronavirusa yoluxanların sayı 200 minə çatır
ABŞ Senatının Komitəsi Deytonun Ukrayndakı səfir vəzifəsinə namizədliyini təsdiqlədi
Moskvanın hava limanlarında 33 aviareys ləğv edilib və ya təxirə salınıb
Moskvada koronavirusdan daha 16 nəfər ölüb
Şəmkirdə 2 ədəd top mərmisi aşkarlanıb (FOTO)
"Zoom"un işində qüsurlar yaranıb
Ərdoğan koronavirusa qarşı peyvəndin hazırlanmasındakı rəqabətdən imtina etməyə çağırdı
Ermənistan hərbi əməliyyatlara başlasa, nəticə necə olacaq? - Rusiyalı siyasi texnoloqun proqnozu
ABŞ-da koronavirusdan ölənlərin sayı 200 min nəfəri ötdü
Keçmiş səfir: Azərbaycan Qoşulmama Hərəkatının işğalçılıqla mübarizəsini yerinə yetirir
Ekspert: Məktəblərdə yoluxma statistikası artarsa, qabaqlayıcı tədbirlər görülməlidir
BMT üçün Azərbaycan önəmli ölkələrdən biridir – “Hədəf”də TƏHLİL
Təhsil Nazirliyi: Bu gün 10 şagirddə koronavirus aşkarlanıb
Türkiyədə koronavirusdan sağalanların sayı 270 min nəfərə çatır
Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib
Xəzər dənizindən keçən yeni nəqliyyat dəhlizləri “Orta Dəhliz”in rolunu gücləndirir
Mingəçevir Dövlət Universitetində yeni tədris ilində görüləcək işlər müzakirə olunub
Paşinyanın növbəti mifi - TƏHLİL
“Airbus” sıfır karbon tullantılı təyyarə prototiplərini təqdim edib
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
Bakıda "Opel" markalı avtomobil yanıb
Baytarlıq sahəsində orqanların səlahiyyətlərində dəqiqləşdirmələr aparılıb
Sosial müdafiə və məşğulluq sahələrində Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə layihələr davam edəcək
Nazirlər Kabineti: Dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya tələb olunmur
Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı Səfiri ilə görüşüb (FOTO)
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb - FƏRMAN
Xaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olunub
Valentina Matviyenko: Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır (FOTO)
Energetika Nazirliyinin səlahiyyəti artırıldı - SƏRƏNCAM
AMEA-da orfoepiya lüğətinin hazırlanması üçün işçi qrup yaradılıb
Balaxanı Sənaye Parkında 8 rezident fəaliyyətə başlayacaq (FOTO)
Gənclər Azərbaycanda süni intellektin tətbiqinə kömək edirlər
Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə ən böyük əngəldir
Pediatriya İnstitutunda tibbi aksiya keçiriləcək
Vətəndaşsızlıq hallarını aradan qaldırmaq məqsədilə İşçi qrupu fəaliyyətə başlayıb (FOTO)
Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb (FOTO)
Gədəbəydə GİKM-in növbəti nümayəndəliyi açılıb (FOTO)
Karantin rejimini pozan koronavirus xəstəsinə 3 ay həbs verildi
Musa Quliyev: Hazırda ölkəmizdə koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır
Mehmanxanaların ictimai iaşə sahələrində xidmətin təşkili ilə bağlı sahibkarlara müraciət edildi (FOTO)
Bakıda və Neftçlada özəl tibb mərkəzinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Tamam Cəfərova: Prezident İlham Əliyev dünya birliyinə çağırış etdi
“Azərkosmos” qlobal media yayım şirkəti ilə əməkdaşlığa başladı
Sentyabrın 23-də manatın dollara qarşı məzənnəsi
Təhsil Nazirliyi "Virtual məkəb"lə bağlı maarifləndirici məlumatlar təqdim edib (VİDEO)
Niderlandın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib
Məhkəmə XİN-in sabiq idarə rəisi barəsində qərar verdi (ƏLAVƏ OLUNUB)
Bakıda 394 obyekt karantin qaydalarını pozub - RƏSMİ
DTX vətəndaşlara müraciət etdi (VİDEO)
Bütün xəbərlər