...

Azər Badamov: Koronavirusla mübarizədə Azərbaycan həkimləri böyük fədakarlıq və əzmkarlıq göstərirlər

Siyasət Materials 25 Aprel 2020 14:39 (UTC +04:00)
Azər Badamov: Koronavirusla mübarizədə Azərbaycan həkimləri böyük fədakarlıq və əzmkarlıq göstərirlər

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan həkimləri böyük fədakarlıq və əzmkarlıq göstərirlər.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov vurğulayıb ki, öz həyatlarını təhlükə altına qoyaraq gecə-gündüz insanların sağlamlığının keşiyində dayanan həkimlərimiz xüsusi karantin dövründə hətta öz ailələri ilə də yaxından görüşə bilmirlər:

“Bu, əsl qəhrəmanlıqdır. Həkimlərimizin bu fədakar fəaliyyəti haqqında Prezident İlham Əliyev bütün tədbirlərdə öz müsbət fikirlərini ifadə edir. Məhz bu mübarizə tədbirlərinə cəlb olunmuş tibb işçilərinin əmək haqlarının 3-5 misli həcmində artırılmasını da bu sahədə çalışan həkimlərə xüsusi dövlət qayğısı hesab edirəm”.

Deputat qeyd edib ki, Azərbaycan səhiyyəsi öz inkişaf dövrünü yaşayır:

“Bu gün dünyanı ağuşuna alımış pandemiya qarşısında böyük iqtisadiyyatları olan, öz səhiyyə sistemi və həkimləri ilə fəxr edən ölkələr aciz duruma düşüb. Bəzən belə fikirlər də eşidilirdi ki, Azərbaycan həkimləri zəifdir və səhiyyə sistemimiz qənaətbəxş deyil. Bu sınaq hansı ölkənin səhiyyə sisteminin daha yaxşı, həkimlərinin bacarıqlı olduğunu sübut etdi".

Millət vəkili bildirib ki, qısa müddət ərzində 20-dən çox xəstəxananın, Yeni klinikanın koronavirus xəstələrinin müalicəsinə cəlb olunması, 10 modul tipli xəstənanın tikilməyə başlanması vəziyyəti nəzarət altına saxlamağımıza imkan verib:

"Xüsusi karantin rejiminin tətbiqi ilə qabaqlayıcı tədbirlərinin həyata keçirilməsi təbii ki, dövlət başçımızın öz xalqına olan sevgisindən və çevik qərarlar qəbul etmək bacarığından irəli gəlir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti