Bakı. Elçin Mehdiyev - Trend:
Təəssüf ki, insanların çoxu düşünür ki, bu bir siyasi oyundur.
Trend-in məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.
E.Əzizov bildirib ki, belə düşünmək olmaz: "Bəs dövlətlər virusun qarşısını almaq üçün niyə milyardlarla vəsait xərcləyir?”.
İcra başçısı əlavə edib ki, insanlar qaydalara əməl etməlidir: "Biz Bakıda monitorinq keçirdik və şahidi olduq ki, insanların yalnız 10 faizə qədəri tibbi maskalardan istifadə edir. Bu, yolverilməzdir".