...

İraqın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 28 May 2020 12:51 (UTC +04:00)
İraq Respublikasının Prezidenti Bərham Saleh Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib
İraqın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

İraq Respublikasının Prezidenti Bərham Saleh Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu.

Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, Azərbaycan xalqına isə inkişaf və firavanlıq arzu edirəm.

Allah-Təaladan tezliklə koronavirus bəlasından qurtulmağınızı diləyirəm. İraq tərəfinin dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın gücləndirilməsinə sadiq qalacağına əmin ola bilərsiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti