...

Arzu Nağıyev: Keçirilən aksiyalar Birləşmiş Ştatların gələcəyi üçün təhdid yaradır (VİDEO)

Siyasət Materials 1 İyun 2020 22:24 (UTC +04:00)
Arzu Nağıyev: Keçirilən aksiyalar Birləşmiş Ştatların gələcəyi üçün təhdid yaradır (VİDEO)

Bakı. Trend:

Keçirilən aksiyalar Birləşmiş Ştatların gələcəyi üçün təhdid yaradır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Arzu Nağıyev "Real" TV-yə ABŞ-da baş verən son hadisələri şərh edərkən deyib.

A.Nağıyev bildirib ki, Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq keçirilən iğtişaşlarda təkcə bir həftə ərzində 130 nəfər saxlanılıb.

Qeyd edək ki, etiraz aksiyaları son üç gündə ABŞ-ın 22 şəhərində keçirilib. Bu iğtişaşlar ən azı 15 ştatı əhatə edir.Hazırda aksiyaların yatırılması üçün Milli Qvardiya hərəkətə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti