Bir sıra qurumların Nizamnaməsi təsdiq edildi - FƏRMAN

Bir sıra qurumların Nizamnaməsi təsdiq edildi - FƏRMAN

Bakı. Trend:

Prezident İlham ƏliyevAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

Trend-in məlumatına görə, Fərmanla “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alınır:

1. “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

4. “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

5. Müəyyən edilsin ki:

5.1. bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir;

5.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə keçir;

5.3. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamə fondu bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq onlara keçən əmlak hesabına formalaşır;

5.4. bu Fərmanın 7.6-cı bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində göstərilən səlahiyyətlərini, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

5.5. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin işçilərinin əməkhaqqına “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına və Əmək Məcəlləsinə uyğun olaraq cərimələrdən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq maliyyə sanksiyalarından və faiz məbləğlərindən əldə olunan vəsait hesabına əlavələr, mükafatlar və digər ödənişlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu vəsaitdən istifadəyə dair müəyyən etdiyi qaydalara uyğun olaraq müəyyən edilir.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. bu Fərmanın 7.6-cı bəndinə əsasən “Sosial xidmətlər haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulan sosial xidmət müəssisələrinin və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dövlət reabilitasiya müəssisələrinin nümunəvi nizamnamələrini, onların xüsusiyyətləri nəzərə alınmaqla, üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

6.2. dövlət orqanının əsasında Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

7.1. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

7.2. bir ay müddətində:

7.2.1. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin strukturunu təsdiq etsin;

7.2.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, bu Fərmanın 3-cü və 4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin işçilərinin sayının yuxarı həddini və əməkhaqlarını (o cümlədən dövlət büdcəsi vəsaiti hesabına əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etsin;

7.2.3. bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin işçilərinin say həddini və əməkhaqlarını ( o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişlər bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla) təsdiq etsin;

7.3. Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin istifadəsində olan dövlət əmlakının üç ay müddətində bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərə verilməsini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına uyğun olaraq təmin etmək üçün, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla tədbirlər görsün;

7.4. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətinin təşkili üçün zəruri tədbirlər görsün;

7.5. Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən işçilərin bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

7.6. Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki dövlət sosial xidmət müəssisələrinin, Dövlət Məşğulluq Xidmətinin tabeliyindəki peşə hazırlığı mərkəzlərinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyindəki dövlət reabilitasiya müəssisələrinin əsasında, müvafiq olaraq, Sosial Xidmətlər Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün iki ay müddətində zəruri tədbirlər görülməsini təmin etsin;

7.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Fərmanın 3-cü və 4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin saxlanılması ilə bağlı xərclərin cari il üçün maliyyələşdirilməsini və hər il üçün tərtib edilən dövlət büdcəsində nəzərdə tutulması ilə bağlı tədbirlər görülməsini təmin etsin;

7.8. hər il üçün dövlət və icmal büdcələrin tərtibi zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən əmək pensiyalarının Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməli olan hissəsi üçün dövlət büdcəsindən ayrılmalı olan, o cümlədən ayrılacaq vəsaitin aylıq, rüblük və illik bölgüsünü Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;

7.9. dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Sosial Xidmətlər Agentliyinin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etsin;

7.10. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

X X X

Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi

Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.

1.3. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur.

1.4. Fond bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Fond qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, loqotipi (emblemi), üzərində Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.7. Qanuna uyğun olaraq, Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Fond məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Fond Bakı şəhərində yerləşir.

2. Fondun fəaliyyət istiqamətləri

2.1. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək;

2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.1.4. əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək;

2.1.5. məcburi dövlət sosial sığorta iştirakçılarının uçota alınmasını və uçotdan çıxarılmasını, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını, fərdi uçotun aparılmasını və ona nəzarəti təmin etmək;

2.1.6. əhalinin sosial müdafiəsi ilə bağlı dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.1.7. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək;

2.1.8. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Fondun vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Fondun vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ-hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Fondun büdcə layihəsini hazırlayıb Nazirliyə təqdim etmək;

3.1.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, əmək pensiyalarının Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməli olan hissəsi üçün dövlət büdcəsindən ayrılmalı olan, həmçinin ayrılacaq vəsaitin hər il üçün aylıq, rüblük və illik bölgüsünü Fondun növbəti il üçün büdcəsinin tərtibi zamanı Nazirliyə təqdim etmək;

3.1.4. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirmək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında məcburi dövlət sosial sığortası sahəsində sığortaedənlərin və sığortaedənlərin məlumatları əsasında sığortaolunanların uçotunu aparmaq, habelə sığortaolunana dövlət sosial sığorta nömrəsi əsasında fərdi şəxsi hesab açmaq;

3.1.5. sığortaedən və sığortaolunan barədə təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, eləcə də sığortaolunanın fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumatlandırılmasını təmin etmək;

3.1.6. sığortaolunanın rəsmi müraciətinə əsasən, ona fərdi şəxsi hesabındakı məlumatları əldəetmə qaydasını izah etmək;

3.1.7. məcburi dövlət sosial sığortası üzrə daxilolmaların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq;

3.1.8. sığortaedənlərdən və sığortaolunanlardan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məlumatların (“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə dair məlumatlar istisna olmaqla) vaxtında və dürüst təqdim edilməsini tələb etmək;

3.1.9. məcburi dövlət sosial sığorta vəsaitlərini idarə etmək;

3.1.10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar izahatlar (həmin Qanunun 9-1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə dair izahatlar istisna olmaqla) vermək və normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.1.11. sığortaedənlərin məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə hesabatlarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən əldə etmək, sosial sığorta sahəsində xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) elektron formada həyata keçirmək;

3.1.12. işsizlikdən sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaiti “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə işsizlikdən sığorta fonduna köçürmək;

3.1.13. məcburi dövlət sosial sığortası vəsaiti hesabına əmək pensiyalarının və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin maliyyələşdirilməsini və ödənilməsini təmin etmək;

3.1.14. əmək pensiyalarının Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən hissəsi üçün ayrılan vəsaitin, habelə Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, eləcə də Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin maliyyələşdirilməsi üçün vəsaitin aidiyyəti üzrə çatdırılmasını təmin etmək;

3.1.15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq əmək pensiyalarının maliyyələşdirilməsi ilə bağlı dövlət büdcəsi öhdəliklərinin və məcburi dövlət sosial sığorta vəsaiti öhdəliklərinin uçotunu aparmaq;

3.1.16. ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin monitorinqinin keçirilməsini (Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinin keçirdiyi hallar istisna olmaqla) təmin etmək;

3.1.17. əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək;

3.1.18. əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək;

3.1.19. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək;

3.1.20. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.21. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn və Fondun səlahiyyətinə aid olan məsələlərlə bağlı Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.22. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müvafiq sahədə fəaliyyətini əlaqələndirmək;

3.1.23. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq təşkil etmək;

3.1.24. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.25. Fondun informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.26. Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək;

3.1.27. Fondun strukturuna daxil olan qurumlarda işin təşkilinə metodiki və əməli kömək göstərmək, qabaqcıl təcrübəni öyrənmək və yaymaq;

3.1.28. Fondun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.29. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.30. müvafiq sahə ilə bağlı innovativ layihələrdən (o cümlədən startaplardan) istifadə imkanını araşdırmaq və Nazirliyə təkliflər vermək;

3.1.31. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.32. fəaliyyəti ilə bağlı malların (işlərin və xidmətlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;

3.1.33. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Fondun əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.34. Fonda ayrılan dövlət büdcəsi vəsaitindən, məcburi dövlət sosial sığorta vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.35. sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə çoxparametrli aktuar proqnozlara əsaslanan uzunmüddətli ekonometrik modellər əsasında pensiya təminatı sisteminin proqnozlaşdırılmasını həyata keçirmək;

3.1.36. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Fondun aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ-hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə Nazirliyə təkliflər vermək;

3.2.2. Fondun büdcəsinin xərcləri hesabına maliyyələşdirilən tədbirlər, habelə sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlərdən arayış almaq;

3.2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq;

3.2.4. məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlarla bağlı sığortaedənlərdən və sığortaolunanlardan arayış və məlumatlar tələb etmək;

3.2.5. sığortaedənlər tərəfindən müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məlumat vermək;

3.2.6. könüllü (əlavə) sosial sığorta fəaliyyətini həyata keçirmək, könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək;

3.2.7. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.8. Fondun strukturuna daxil olan qurumlardan hesabatlar almaq, onların fəaliyyətini təhlil və müzakirə etmək, təkmilləşdirilməsi üçün tədbirlər görmək, müvafiq qaydada aidiyyəti üzrə qərar qəbul edilməsi barədə Nazirliyə təkliflər vermək;

3.2.9. dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi ilə əlaqədar izahatlar vermək;

3.2.10. sığortaedənlərin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq;

3.2.11. könüllü (əlavə) sosial sığorta fəaliyyətindən, sosial sığorta haqları üzrə sərbəst vəsaitin yerləşdirilməsi ilə bağlı investisiya fəaliyyətindən gəlir əldə etmək;

3.2.12. məcburi dövlət sosial sığorta vəsaitinin idarə edilməsi zamanı risklərin azaldılması məqsədilə tədbirlər görmək;

3.2.13. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.14. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.15. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.16. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.17. əməkdaşlarını dövlət təltiflərinə və mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.18. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.19. müvafiq sahədə beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, onların müvafiq təcrübəsini öyrənmək;

3.2.20. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.21. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Fondun idarə olunması

4.1. Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Fondun idarəetmə orqanı İdarə Heyətidir.

4.3. İdarə Heyəti Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. İdarə Heyəti Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 5 üzvdən – İdarə Heyətinin sədrindən və onun 4 müavinindən ibarətdir.

4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.5.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Fondun illik maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.5.2. Fondun strateji məqsəd və planlarını müəyyən etmək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün Nazirliyə təkliflər vermək;

4.5.3. Fondun maliyyə planlaşdırmasını Nazirliklə razılaşdırmaqla təsdiq etmək;

4.5.4. Fondun strukturunun, işçilərinin say həddinin və əməkhaqlarının (o cümlədən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Fondun saxlanması üçün ayrılan məcburi dövlət sosial sığorta vəsaiti hesabına əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi üçün Nazirliyə təkliflər vermək;

4.5.5. Fondun fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;

4.5.6. Nazirliyin razılığı ilə Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.5.7. Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək;

4.5.8. Fondun fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.5.9. Nazirliyin razılığı ilə Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.5.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.5.11. Fondda daxili audit bölməsi yaradıldığı halda, daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, bu Nizamnamənin 4.11.11-ci yarımbəndi nəzərə alınmaqla, onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.5.12. Nazirliyin razılığı ilə Fondun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.13. aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.14. Fondun strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.5.15. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.5.16. bu Nizamnamənin 3.1.34-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.5.17. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.5.18. təsisçinin və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.6. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.7. İdarə Heyətinin iclası ayda azı 1 (bir) dəfə çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.

4.8. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.9. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.10. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.11. İdarə Heyətinin sədri:

4.11.1. Fondun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.11.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.11.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.11.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.11.5. Fondun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.11.6. Fondun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.11.7. Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.11.8. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Fondun Aparatının, digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;

4.11.9. müavinləri və struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır;

4.11.10. Fondun işçilərinin əməkhaqlarının, əməkhaqlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.11.11. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir;

4.11.12. Fondun əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.11.13. bu Nizamnamə ilə müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsində Fondun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.11.14. Fondun fəaliyyət istiqamətləri ilə bağlı işçi qruplar və komissiyalar yaradır;

4.11.15. Fondun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.11.16. Fondda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.11.17. Fondda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.12. İdarə Heyətinin üzvləri:

4.12.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.12.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.12.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.12.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.12.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.13. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Fondun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Fond və onun əmlakı dövlətin mülkiyyətidir.

5.2. Fondun nizamnamə fondu 5 000 000 (beş milyon) manatdır.

5.3. Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin əmək pensiyalarının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün ayrılan büdcə vəsaitindən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daxil olan məcburi dövlət sosial sığorta vəsaitindən, maliyyə sanksiyalarından və faiz məbləğlərindən, fəaliyyətindən əldə olunmuş digər gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.4. Fond öz əmlakından yalnız Nizamnaməsində müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.5. Qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququ vardır.

5.6. Fondun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə, müvafiq olaraq, dövlət büdcəsinə və ya yerli büdcəyə köçürülə bilər.

5.7. Fondun gəlir və xərcləri üzrə əməliyyatlar (saxlanma xərcləri istisna olmaqla) xəzinə hesabı vasitəsilə həyata keçirilir.

5.8. Fondun məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.

6. Fondun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Fondun fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Fondun fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

7. Fondda uçot və hesabat

7.1. Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Fond “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Fond “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını tərtib və təqdim edir.

7.4. Fond idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.5. Fond öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Fondun ləğvi və yenidən təşkili

Fondun ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

"ADY Container" yükdaşıma sürətinə görə rekord vurub
"ADY Container" yükdaşıma sürətinə görə rekord vurub
Səfir: Azərbaycan və Gürcüstan yeni sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malikdir (MÜSAHİBƏ)
Səfir: Azərbaycan və Gürcüstan yeni sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malikdir (MÜSAHİBƏ)
Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb
Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb
Loading Bars
Xəbər lenti
Bakıda yayılan qoxunun səbəbi açıqlandı - RƏSMİ
Türkiyədə koronavirusdan sağalanların sayı 183 minə yaxınlaşır
Bakıda karantin rejimi qaydalarına əməl etməyən şəxslər cərimə olunu (FOTO)
Şamaxıda koronavirus əleyhinə tədbirlər gücləndirilib (FOTO)
Azərbaycan Prezidenti: Biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik
Prezident İlham Əliyev: Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər
Prezident İlham Əliyev: Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur
Prezident İlham Əliyev: Biz ATƏT-in Minsk qrupundan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik
Azərbaycan Prezidenti: Avropa qurumlarının saxtakarlığını biz Ermənistanda keçirilmiş bütün seçkilərdə görmüşük
Prezident İlham Əliyev: Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir
Prezident İlham Əliyev: Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır
Azərbaycan Prezidenti: Bizdə kifayət qədər siqnallar var ki, bəzi siyasi xadimlər, deputatlar, bəzi Avropa ölkələrinin hökumət üzvləri Ermənistana xüsusi münasibət bəsləyirlər
Prezident İlham Əliyev: Ermənistan yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışır
Azərbaycan Prezidenti: Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu
Prezident İlham Əliyev: Mən hesab edirəm ki, hər bir ölkə hər hansı bir təşkilatda fəaliyyəti tam icra etməlidir
Azərbaycan Prezidenti: Hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik
Prezident İlham Əliyev: Bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura
Azərbaycan Prezidenti: Seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır
Prezident İlham Əliyev: Hesab edirəm ki, pandemiyadan sonra da biz Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığımızı uğurla davam etdirəcəyik
Prezident İlham Əliyev: Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək
Azərbaycan Prezidenti: Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir
Azərbaycan Prezidenti: Bu gün karantin rejiminin qüvvədə qalması hesab edirəm ki, düzgün addımdır
Bu həftə AZAL İstanbula daha bir xüsusi reys yerinə yetirəcək (VİDEO)
Prezident İlham Əliyev: Modul tipli xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın Seçki Komissiyasının görüşü keçirildi
Lukaşenko müsahibə verməyə ayaqqabısız gəldi (VİDEO)
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Qızılağac milli parkında yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB)
İsraildə karantin rejimi gücləndirilir
Ağsuda keçmiş məhkumdan narkotik götürülüb
Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Bakıda moped ağaca çırpılıb: Bir ölü, 1 yaralı var
Yaponiyada daşqın qurbanlarının sayı artır
Bakıda tez-tez qəza baş verən yol kəsişməsində təhlükəsizlik tədbirləri görülüb (FOTO)
SOCAR AQŞ “Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsi elan edir
Əli Əhmədov: "Milli şura" üzvlərinin Azərbaycana atdığı böhtanlar erməni millətçilərinin əlində “tutarlı arqument” kimi istifadə olunur
Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu necə tənzimlənəcək? - Normalar müəyyənləşdi
Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI
Hərbi qulluqçuya hörmətsizlik nümayiş etdirən şəxs saxlanıldı (VİDEO)
Səudiyyə Ərəbistanında koronavirusa 4 mindən çox yoluxma olub
Komitə: “Şuşa şəhərciyi”ndə heç bir yanğın hadisəsi baş verməyib
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Bağlanmış 4 bankın əmanətçilərinə 181,4 milyon manat kompensasiya ödənilib
AZAL yenidən vətəndaşlara müraciət etdi
BŞBPİ bir qadının polisə tabesizlik etməsini əks etdirən görünütüləri araşdırıb
Bolqarıstanda fövqəladə vəziyyət rejimi uzadıldı
Qızılağac milli parkında yanğın baş verib
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 440 nəfər sağaldı, 8 nəfər öldü
Magistral su xətti zədələnib: Hövsana içməli suyun verilməsi dayandırıldı
Nazirlik COVİD-19-la mübarizəni gücləndirmək məqsədilə xüsusi işçi qrupu yaratdı
Ağsuda yas mərasimi keçirənlər məsuliyyətə cəlb edildi (FOTO)
AQTA antisanitar şəraitdə fəaliyyət göstərən daha bir kafe aşkarladı (FOTO)
"Yeni Klinika"da indiyədək 1200 koronaviruslu xəstə stasionar müalicə alıb
Daha 4 rayona prokuror vəzifəsini icra edən şəxslər təyin edildi
İyulun 7-də dolların manata qarşı məzənnəsi
ÜST-ün Azərbaycan Nümayəndəliyi işçi axtarır
"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb
Ön xətt bölmələrinin döyüş və mənəvi-psixoloji hazırlığı yoxlanılıb (FOTO)
Samuxda piknik edən 9 nəfər cərimələndi (FOTO)
Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək
Nazirlik: Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı (ÖZƏL)
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan banklarla bağlı Nazirlər Kabinetinə məktub ünvanlayıb
Neftçalada içməli su problemini aradan qaldırmaq üçün su çənləri quraşdırılıb (FOTO)
Gəncədə maarifləndirmə xarakterli reydlər davam edir (FOTO)
Avropa İnvestisiya Bankı: Azərbaycanda biznesə dəstəyi əsas tərəfdaşımız olan “AccessBank”la həyata keçiririk
AQTA 68 müəssisədə kobud qayda pozuntusu aşkarladı (FOTO)
ABŞ-da son sutkada 49 mindən çox yoluxma qeydə alındı
Bakıda gizli fəaliyyət göstərən “Play Station” zalı aşkarlanıb (FOTO)
Şəmkirdə stolüstü oyunlar təşkil edən çayxana sahibləri həbs edildi (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib
XİN-də Azərbaycanın Aİ və Şərq Tərəfdaşlığı çərçivəsində iştirakı məsələləri müzakirə olunub (FOTO)
Dövlət Vergi Xidməti icazələrin verilməsi qaydasına aydınlıq gətirdi
DTX XİN-in vəzifəli şəxslərinə qarşı keçirilən əməliyyatla bağlı məlumat yaydı (VİDEO)
Pilot peşə təhsil proqramları üzrə tələbə qəbuluna başlanılır
Avstraliyada çiyələyin içərisində iynə tapılıb
“Sobsan”dakı yanğın zamanı havada çirklənmələr qeydə alınıb
Bakının Nəsimi rayonu ərazisində içməli suyun verilməsi dayandırılıb
Bu ilin 6 ayında ölkədə əməkhaqqı fondu 8 faiz artıb - Nazir
Fərid Qayıbov: Bakıda dünya çempionatlarının yeni vaxtları müəyyənəşdirilib
Hoteldən çıxarıldığına görə sosial şəbəkədə jurnalistləri təhqir edən şəxs həbs edildi
Naqif Həmzəyev: Dünyanın ən böyük çinar meşəsi ermənilər tərəfindən dağıdılır (VİDEO)
AzTv: Fikrət Adıgözəlov və Rövşən Binnətli koronavirusa yoluxub
Bakıdan kənar ərazilərdə də COVİD-ə görə testlər poliklinikalar tərəfindən aparıla bilər - Plan hazırdır
Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün ərizə qəbuluna başlanıldı
Luvr muzeyi qonaqlar üçün qapılarını açdı
"ADY Container" yükdaşıma sürətinə görə rekord vurub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB-2)
Könüllülərin bölgələrdəki fəaliyyəti davam edir (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Karantin qaydalarını pozduğu deyilən hotellə bağlı polisdən açıqlama
Hazırlanmaqda olan koronavirus vaksininin əsas üstünlüyü açıqlanıb
Sabah 39 dərəcəyə qədər isti olacaq
ARB: Koronavirusa yoluxan əməkdaşların vəziyyəti normaldır
I sinfə qəbulu üçün məktəb seçiminə start verilir
Polis Hövsanda yas mərasimi verən 10 nəfəri saxladı
Botanika İnstitutu: Qafqazdakı bitkilərin 64%-nə Azərbaycanda rast gəlinir
Unicapital rəhbərliyində yeni təyinatlar olub
Bütün xəbərlər