Azərbaycan-Türkiyə: Əbədi birlik və qardaşlığın təntənəsi

Azərbaycan-Türkiyə: Əbədi birlik və qardaşlığın təntənəsi

Bakı. Trend:

Son vaxtlar Azərbaycanda baş vermiş siyasi-hərbi hadisələr ölkəmizə beynəlxalq birliyin, dünya dövlətlərinin geniş miqyasda dəstəyinin ifadə olunması, dövlətlərarası münasibətlərin bir daha aydınlaşdırılması baxımından da əhəmiyyətlidir. Dünya ictimaiyyətinin özünün ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Respublikasının ədalətli mövqeyini müdafiə etməsi artıq «yazıq erməni» mifinin dağılması, dövlətlərin və xalqların əsl obyektiv reallıqların nədən ibarət olduğu haqqında gerçək məlumatlara malik olması ilə nəticələnmişdir.

Azərbaycanın hərb tarixinə «Tovuz - iyul hadisələri» kimi daxil olan hərbi-siyasi olaylarda Türkiyə Cümhuriyyətinin birmənalı şəkildə bütün imkanları ilə Azərbaycanın yanında olmasını açıq şəkildə bəyan etməsi sözün əsl mənasında qardaş ölkə və doğma xalqı olmaq missiyasının əyani təcəssümüdür. Səksən milyondan artıq əhalisi ilə Türkiyə Cümhuriyyətini ləyaqətlə təmsil edən güclü bir dövlətin Prezidenti Rəcəb Tayyib Ərdoğanın son vaxtlarda bir neçə dəfə müxtəlif tədbirlərdəki çıxışlarında Türkiyə tərəfindən istənilən məqamda Azərbaycana hər cür dəstək veriləcəyini bildirməsi qardaş ölkənin, qəhrəman böyük xalqının və qəhrəman türk əsgərinin ölkəmizə və xalqımıza münasibətinin əməli ifadəsidir. Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışlarında səsləndirilmiş «bütün imkanlarımızla», «Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək», «qardaşlarımızı heç vaxt tək qoymarıq» kimi dərin mənaya malik olan və həm də konkret mövqe nümayiş etdirən fikirlər qardaş ölkədə müstəqil dövlətimizə, dövlət rəhbərimizə, xalqımıza bəslənilən münasibətin hansı miqyasda və mahiyyətdə olduğunu təsəvvür etməyə imkan yaradır. Bu qəti və aydın mövqe müstəqil Azərbaycan dövlətinə birmənalı dəstək, bədnam Ermənistana kəsərli cavab, dünya birliyi qarşısında isə açıq mövqe ifadə edən ciddi mesajdır.

Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdirilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir. Prezident İlham Əliyev də ən müxtəlif beynəlxalq tədbirlərdə həmişə birmənalı şəkildə Türkiyə Cümhuriyyətinin qarşıya çıxan problemlərinin həllində qardaş ölkəyə birmənalı şəkildə dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. İlham Əliyev - Rəcəb Tayib Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarımızın bir-birlərinə «qardaşım» deyərək müraciət etmələri bizim xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi bu gün dünyada Azərbaycan və Türkiyə dövlətləri kimi əsl qardaş ölkələr göstərmək mümkün deyildir. Çoxəsrlik böyük tarixi ənənələrə, dərin köklərə malik olan Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının İlham Əliyev - Rəcəb Tayyib Ərdoğan mərhələsi xalqlarımızın və ölkələrimizin şanlı birlik salnaməsinə pozulmaz yeni və parlaq səhifələr əlavə edir. Azərbaycan-Türkiyə Cümhuriyyəti həmrəyliyi və əməkdaşlığı qardaş ölkələrarası münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilib daha da möhkəmləndirilməsinə uğurla xidmət etdiyi kimi, beynəlxalq aləmdə də sülh və əminamanlığın, təhlükəsizliyin, əməkdaşlığın tənzimlənməsində, regionda meydana çıxan problemlərin həllində mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə birliyi və həmrəyliyi dünyada sülhün, təhlükəsizliyin, inkişafın və əməkdaşlığın eyni gövdəyə - kökə malik sarsılmaz qoşa qanadlarıdır.

Bu günlərdə əvvəlcədən razılaşdırılmış dövlətlərarası tədbirlər planına əsasən Azərbaycan ərazilərində Türkiyə Cümhuriyyətinin ordu birləşmələri ilə birlikdə hərbi təlimlərin keçirilməsi bütün məqamlardakı möhkəm və sarsılmaz birliyimizin növbəti təntənəsidir. Prezident İlham Əliyevin və Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki il əvvəl qardaş ölkələrin yenilməz ordularının iştirakı ilə Bakı şəhərində keçirilmiş möhtəşəm hərbi parad «iki dövlət - bir ordu» modelinin əməli nümunəsi olmuşdu. İndi Azərbaycanın müxtəlif yerlərində - Bakı şəhərində, Naxçıvan Muxtar Respublikasında, Gəncədə, Kürdəmir və Yevlax şəhərlərində keçirilən birgə hərbi təlimlər ordu birləşmələrimizin möhtəşəm paradının regionlarda nümayiş etdirilən uğurlu davamıdır. Türkiyə Cümhuriyyəti ordu birləşmələrinin Sədərək-Dilucu Ümid Körpüsündən keçərək Azərbaycanın ayrılmaz üzvi tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ərazisinə daxil olması və Azərbaycan Əlahiddə Ordusu ilə birlikdə hərbi təlimlərə başlaması hərbi qüvvələrimizin istənilən məqamda ən qısa vaxtda birlik nümayiş etdirmək imkanlarına malik olmalarının əyani nümayişidir. Bu, həm də 13 oktyabr 1921-ci ildə Azərbaycanın Türkiyə Cümhuriyyəti ilə birlikdə imzaladığı tarixi Qars müqaviləsinin müddəalarının davamlı olaraq həyata keçiriləcəyini göstərən əhəmiyyətli addımdır. Bununla Türkiyə Cümhuriyyəti beynəlxalq statusa malik olan Qars müqaviləsinin şərtlərinə uyğun olaraq hər hansı üçüncü bir müdaxilə olacağı təqdirdə dərhal Naxçıvan üzərində qarantorluq missiyasını yerinə yetirməyə daim hazır olduğunu bir daha nümayiş etdirir.

Azərbaycan-Türkiyə sərhədində qardaş ölkələrin əsgərlərinin bayraq dəyişdirilməsi aksiyasını həyata keçirmələri dərin mənaya malik olub, qəhrəman ordularımızın müqəddəs dövlət rəmzlərimizin keşiyində də eyni amal, eyni məsuliyyət və şərəflə dayanmaq andlarının əməli ifadəsi deməkdir.

Dövlət rəmzlərinin keşiyində birlikdə dayanmaq, hər iki dövlətin bayraqlarını qardaş dövlətlərin və xalqların varlığının rəmzi kimi bir yerdə qorumaq ulu öndər Heydər Əliyevin vaxtilə bəyan etdiyi və artıq atalar sözünə çevrilmiş «İki dövlət, bir millət» devizinin bütün dövrlər üçün möhkəm həyati gücə və mühüm siyasi əhəmiyyətə malik olduğunu isbat edir. Bu, o deməkdir ki, Azərbaycan əsgəri üçün Türkiyə dövlət bayrağı, Türkiyə əsgəri üçün isə Azərbaycanın dövlət bayrağı eyni dərəcədə müqəddəs və toxunulmazdır. Bayraqlarımızın birlikdə qorunması dövlətlərimizin sarsılmaz ittifaqının, ordularımızın möhkəm birliyinin, xalqlarımızın əbədi qardaşlığının əməli təntənəsidir. Bu möhtəşəm birliyi qoruyub saxlamaq, atacağımız hər addımla daha da möhkəmləndirmək, əbədiyyətə qədər yaşadaraq nəsillərdən-nəsillərə qədər davam etdirmək müqəddəs borcumuzdur.
Azərbaycan-Türkiyə Prezidentlərinin qardaşlıq münasibətləri və qarşılıqlı etimadı – dünyada, regionda və ölkələrimizdə sülhün, təhlükəsizliyin inkişafın və həmrəyliyin qarantıdır.

Türkiyə – Azərbaycan Bayraqlarının və Ordularımızın Birliyi müstəqil dövlətlərimizin Qardaşlıq və Həmrəyliyinin əbədiyyət rəmzidir.
Azərbaycan – Türkiyə Birlik və Həmrəyliyi dostlarımız üçün qürur mənbəyi, düşmənlərimizə göz dağıdır.

Birlik, Qardaşlıq və Həmrəylik Azərbaycanın və Türkiyənin tarixi taleyi, bugünün reallığı və böyük gələcəyin dəyişməz düsturudur.

İsa HƏBİBBƏYLİ,
AMEA-nın birinci vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik

"Hostimul" peşəkarlarının hazırladığı öyrədici videolar təqdim olunacaq
"Hostimul" peşəkarlarının hazırladığı öyrədici videolar təqdim olunacaq
“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub
“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub
"Huawei" şirkəti Honor smartfon brendini satdığını açıqlayıb
"Huawei" şirkəti Honor smartfon brendini satdığını açıqlayıb
Loading Bars
Xəbər lenti
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Rusiyada bir gündə koronavirusdan 500-ə yaxın ölüm qeydə alınıb
Eksternat imtahanlarının vaxtı bəlli olub
Şəhid polkovnik Babək Səmidli dəfn olunub (FOTO)
Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq - Vüsal Qasımlı
Milli Məclisin növbəti iclasının vaxtı məlum olub
Polietilen torbalar və plastik stəkanların satışına məhdudiyyət barədə layihə ikinci oxunuşda təsdiqləndi
Təəssüf ki, çox həkimlər süni tənəffüs aparatlarının funksiyalarını yaxşı bilmirlər - TƏBİB
Dövlət qulluqçularının xidməti yeni qaydalarla qiymətləndiriləcək
Azərbaycan nefti bahalaşır
Gəncədə qışa hazırlıq işləri yekunlaşıb (FOTO)
Çində koronavirusa görə 600-dən çox reys təxirə salınıb
Evdə müalicə olunan COVİD xəstələrinin sayı açıqlandı
"Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında əsasnamə ikinci oxunuşda təsdiq edilib
Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır - Səhiyyə nazirliyi
Milli Məclisdə həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker
Milli Məclis yeni orden və medallarla bağlı layihəni ikinci oxunuşda təsdiqlədi
Düşmən Azərbaycan mövqelərini bu ərazidən atəşə tuturdu (FOTO)
Milli Məclisin növbəti iclası başlayıb
Azərbaycan Prezidenti: Biz Ağdam şəhərini bərpa edəcəyik
“ASAN xidmət” “500 startups” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb (FOTO)
Azərbaycan Prezidenti: Həmsədr ölkələrinin səfirləri bu məsciddə olublar, niyə məsələ qaldırmayıblar?
Prezident İlham Əliyev: Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri
Prezident İlham Əliyev Ağdam məscidinə Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışlayıb
Bəzi antibiotiklərin reseptsiz satışına qadağa qoyulsun - TƏBİB-dən təklif
Prezident İlham Əliyev: Dəfələrlə səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq
Hazırda süni tənəffüs aparatına qoşulan xəstələrin sayı həddindən çoxdur - TƏBİB
Ermənistanın ədliyyə naziri də istefaya göndərildi
Azərbaycan Prezidenti: Paşinyan bütün müxalifəti tutdurur, qərb də susur, ağzına su alıb
Prezident İlham Əliyev: Paşinyan kimdir, Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda
Azərbaycan Prezidenti: Dedim, Paşinyan, sən özün bizə tarix verməlisən, özün deməlisən və buna nail oldum
Prezident İlham Əliyev Ağdamın niyə daha tez azad olunmamasının səbəblərini açıqladı
Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlanıb
Rusiyada müdafiə sənayesi zavodunda partlayış baş verib - Ölən var
Azərbaycan Prezidenti: Meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Şuşanı azad etdik
Prezident İlham Əliyev: Bu gün bir çox inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir
Azərbaycan Prezidenti: Biz heç kimdən asılı deyilik
BQXK Dağlıq Qarabağda missiyasının tərkibini genişləndirəcək
Prezident İlham Əliyev: Lazımi beynəlxalq dəstəyi ala bildik
Prezident İlham Əliyev: Bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmirdilər
Azərbaycan Prezidenti: Münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik
Antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır - ÜST
Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartı təqdim edilib
Prezident İlham Əliyev: Əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu bir güllə atmadan işğaldan azad edilsin
Sabirabadda COVİD-19 xəstəsi karantin postunda saxlanıldı
Braziliyada koronavirusdan ölənlərin sayı 170 minə yaxınlaşır
ABŞ jurnalı Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektləri barədə məqalə dərc edib
JOCAP "Abşeron" yatağının işlənməsi ilə bağlı son işlər barədə
Ya qalib, ya qazi, ya da şəhid olmalıyıq - Şəhid polkovnik Babək Səmidli (VİDEO)
Anama Şuşanı söz vermişdim - Şəhid hərbçi ilə olmayan müsahibə
Türkiyədə qeydiyyata alınmış Azərbaycan şirkətlərinin ümumi kapitalı açıqlanıb
Deputatlar bu gün 6 məsələnin müzakirəsinə toplaşır
Noyabrın 24-də xarici valyutaların manata qarşı məzənnələri
İngiltərə Premyer Liqasında daha 8 nəfər koronavirusa yoluxub
Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir (ÖZƏL)
Zaqatalada ferma və yük avtomobili yanıb
Qazaxıstanda koronavirusa daha 678 nəfər yoluxub
Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur - Hande Harmancı
Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötüb
Britaniyada bir gündə koronavirusa 15 450 yoluxma qeydə alınıb
Avropa İttifaqı ölkələrinin liderləri Baydenlə Aİ-ABŞ münasibətlərini müzakirə ediblər
Nikaraquada yük maşını dərəyə aşıb, çox sayda ölən və yaralanan var
Tramp hakimiyyətin Baydenə təhvil verilməsi prosesinin başlanılmasına icazə verib
Fransada ötn sutka koronavirusdan 500 nəfər ölüb
İspaniya Kralı koronavirusa yoluxmuş şəxslə təmasdan sonra karantinə gedir
Zaqatalada yaşayış binasında yanğın olub
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 377 mini keçib
ANAMA 31 ədəd mina və partlamamış hərbi sursatı zərərsizləşdirib (FOTO)
BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək
Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib
Fransız deputat: “Bu cür qətnamələr erməni icmasını xoşhal etməkdən o tərəfə keçməyəcək”
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 542 mindən çox artıb
Teymur Rəcəbov "Skilling Open" turnirində Levon Aronyana qalib gəlib
Kanadada 4,8 bal gücüdə zəlzələ olub
Bakıda yük avtomobili yanıb
Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırdı (FOTO)
Lavrov İordaniyanın XİN rəhbəri ilə Dağlıq Qarabağı müzakirə edib
Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
“Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirilib (FOTO)
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyir?
Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb
Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb (FOTO/VİDEO)
Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı gəlib çatıb - Əlcəzair səfiri (FOTO)
Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib
Seyran Ohanyana qarşı daha bir maddə ilə ittiham irəli sürülüb
Rusiyalı zabit Qarabağda mina partlaması nəticəsində yaralanıb
Paşinyanın istefasını tələb edən siyasətçi aclıq aksiyasına başlayıb
İctimai iaşə müəssisələrində karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun (VİDEO)
İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub
İnformasiya əldə etmək hüququnun təmin edilməsi istiqamətində Ombudsmanın fəaliyyəti inkişaf etdirilib
Prezidentə yazırlar: Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdamdan görüntülər paylaşılıb (VİDEO)
Paytaxtın küçə və prospektlərində sıxlıq müşahidə edilir - BNA (FOTO)
Abşeronda COVID-19 infeksiyası ilə bağlı genişmiqyaslı reydlər bu gün də davam etdirilib (FOTO)
Bütün xəbərlər