...

Dövlət strukturunda strateji baxımdan müzakirələrə ehtiyac var - Siyavuş Novruzov

Siyasət Materials 6 Avqust 2020 13:41 (UTC +04:00)
Dövlət strukturunda strateji baxımdan müzakirələrə ehtiyac var - Siyavuş Novruzov

Bakı. Elçin Mehdiyev - Trend:

Biz hər şeyi insan üçün yaradırıq. Əgər insana əziyyət verəcəyiksə, bunu niyə edirik. Bina tikiləndə altında supermarket yaradırlar ki, vətəndaş əziyyət çəkməsin. Turizm sahəsini götürək. Şahdağ bizim ən böyük turizm mərkəzimizdir. Bunu birləşdirib, mərkəzi Xaçmaz rayonuna salınıb. Digər bölgəni isə Zərdaba salıblar. Zərdabda turizm var? Bu məsələ ilə bağlı Nazirlər Kabineti qərar qəbul etməlidir. Ya rayonlar birləşməlidir. Bu gün 84 rayon birləşib, 64 ola bilər. Mərkəzləşmə yalnız bu halda ola bilər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bu gün insanlar üçün zəruri olan məsələləri həll edən qurumlar birləşdirilir:

“Müəllim təhsil şöbəsinə getməlidir. Amma bunun üçün 70 km məsafə qət etməlidirlər. Bakının 3 rayonunda təhsil şöbəsinin birləşdirilməsi başa düşüləndir. Amma kənd rayonlarında bunu etmək absurddur. Məsələn, Qərb bölgəsində mərkəzləşdirmə ediblər. Qazaxdan Gəncəyə qədər insanlar bir qurum üçün kilometrlərlə yol qət edirlər. Hər rayonda bizim kifayət qədər məktəblərimiz var. Hər rayonun özünün təhsil şöbəsi olmalıdır. Bu gün mərkəzləşmə etməyin nə mənası var?! Bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır. Dövlət strukturunda strateji baxımdan müzakirələrə ehtiyac var. Burada hansısa nazirliyin tənqidindən söhbət getmir. Bu gün kim nə cür struktur istəyir, axşam fikirləşib gəlir, tətbiq etməyə”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti