...

Zakir Həsənov: Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək

Siyasət Materials 13 Avqust 2020 16:29 (UTC +04:00)
Zakir Həsənov: Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək

Bakı. Trend:

Türkiyə ilə Azərbaycan eyni millət, eyni din, dil və mədəniyyətə sahibdir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Türkiyə-Azərbaycan birgə təlimlərinin iştirakçıları ilə görüşü zamanı deyib.

O bildirib ki, Türkiyə Ordusu dünyanın ən güclü ordularından biridir:

“Bəxtimiz onda gətirib ki, biz bu güclü ordu ilə təcrübə bölüşürük. Türkiyə Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü Suriyada, İraqda, Liviyada göstərib. İnşallah, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti