...

Azərbaycan həm özünün, həm də regionun enerji təhlükəsizliyini tam təmin edir

Siyasət Materials 23 Avqust 2020 11:29 (UTC +04:00)
Azərbaycan həm özünün, həm də regionun enerji təhlükəsizliyini tam təmin edir
Azərbaycan həm özünün, həm də regionun enerji təhlükəsizliyini tam təmin edir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan həm özünün, həm də regionun enerji təhlükəsizliyini tam təmin edir.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev vurğulayıb ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Ermənistanın və ona dəstək verən xarici qüvvələrin təcavüzü nəticəsində əvvəlki illərdə Ümummilli lider Heydər Əliyevin yaratdığı güclü iqtisadi potensialımız insafsızcasına dağıdılmağa başladı: "1988-ci ildən 1991-ci il Müstəqillik aktının qəbul edildiyi dövrə qədərki və 1991-1993-cü ilin iyul ayına qədər Azərbaycana rəhbərlik etmiş şəxslər ölkəni xaosa, səfalətə sürükləyərək bir dövlət kimi məhv edilməyin astanasına gətirib çıxardılar. Yalnız xalqın qətiyyətli tələbini üstün tutaraq siyasi iradə nümayiş etdirən Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdaraq ölkəni anarxiyadan-sabitliyə, sonra isə yüksəliş, inkişaf mərhələsinə keçidini təmin etdi.

1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi" müstəqilliyimizin, sosial rifahın, təhlükəsizliyin, inkişafın təminatçısı rolunu oynadı. Məhz bu bünövrə əsasında eyni zamanda Azərbaycanın enerji infrastrukturunun yenidənqurulmasına başlanıldı. Hamımızın yaxşı yadındadır ki, 1990-cı illərdə respublikada elektrik enerjisi bir-neçə saat verilirdi. Bəzi yerlərdə isə günlərlə enerji verilməsində fasilələr yaranırdı. Azərbaycanın elektroenergetika sistemi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hələ keçmiş SSRİ dövründə respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinin əsası qoymuşdusa, 2003-cü ildən sonra Prezident İlham Əliyevin uğurla və daha geniş miqyasda həyata keçirdiyi strategiya nəticəsində Azərbaycanda enerji təhlükəsizliyinə nail olundu və ölkəmiz enerjini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib".

B.Əliyev qeyd edib ki, bu gün Azərbaycan qonşu dövlətlərə - Rusiya, İran və Gürcüstana, o cümlədən Gürcüstan üzərindən Türkiyəyə və oradan da Avropa bazarına enerji ixrac edə bilir: "Hazırda Azərbaycan enerji sisteminin ümumi generasiya gücü təqribən 7 min meqavatt təşkil edir ki, onun da yarısı son 17 il ərzində yaradılıb. Prezident İlham Əliyevin Fərmanı ilə 2015-ci ildə elektrik enerjisi təhlükəsizliyi sahəsində islahatların yeni mərhələsi başladı.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli Sərəncamı ilə "Azərişıq" ASC yaradılmaqla bu islahatların əhatə dairəsi bütün ölkəni əhatə etdi. Bu gün iqtisadiyyatımızın sürətli inkişafının təmin edilməsinin əsas amillərindən biri də yüksək enerji infrastruktunun və onun fasiləsizliyinin yaradılmasıdır. Azərbaycan bu sahədə nəinki postsovet, həm də Şərqi Avropada güclü potensiala malik dövlətdir. Azərbaycanda əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi ilə yanaşı, iqtisadiyyatın yeni-yeni sahələrinin, yüksək texnologiyalı sənaye müəssisələrin yaradılması və nəticə etibarı ilə əhalinin etibarlı əmək məşğulluğu təmin edilir. Hesab edirik ki, Azərbaycanda uğurla həyata keçirilən islahatlar dövlətimizin daha da güclənməsini, dayanıqlı və davamlı iqtisadi inkişafı, əhalinin yüksək həyat tərzini tam təmin edəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti